AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna Lukaşenkonu "qana bulaşmış təlxək" adlandırdı

  • + A
  • - A
  • 24-08-2022, 18:30

    Ukrayna Lukaşenkonu "qana bulaşmış təlxək" adlandırdı


    Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukraynaya "dinc səma" arzularını təlxəklik hesab edib və onu "qana bulaşmış təlxək" adlandırıb.

    Bu barədə o, "Twitter"də Lukaşenkonun Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini şərh edərkən yazıb.

    "Görünür, Lukaşenko həqiqətən də inanır ki, dünya onun Ukraynaya qarşı cinayətlərdə fəal iştirakını hiss etmir. Buna görə də o, həyasızcasına "dinc səma" arzulayır, bizə ölümcül raketlər atır. Bu qana bulanmış təlxəkliyin spesifik nəticələri qeydə alınıb", - Prezident Aparatı rəhbərinin müşaviri bildirib.

    Xatırladaq ki, Aleksandr Lukaşenko ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib və onlara "dinc səma" arzulayıb.

    Onun sözlərinə görə, "Belarus qonşu ölkə ilə dostluq əlaqələrinin saxlanmasının tərəfdarı olmaqda davam edəcək".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR