ABŞ mərhum diktator Abaça tərəfindən talan edilmiş 23 milyon dolları Nigeriyaya qaytaracaq.
Rəsmilər ötən gün sazişi imzalamaq üçün keçirilən tədbirdə bildiriblər ki, ABŞ keçmiş hərbi hökmdar Sani Abaçanın götürdüyü 23 milyon dolları Nigeriyaya təhvil verəcək.
Nigeriya son illərdə oğurlanmış nağd pulları qaytarmaq üçün bir neçə razılaşma əldə edib. Abaça 1993-cü ildən 1998-ci ilə - ölümünə qədər Afrikanın əhalinin ən sıx məskunlaşdığı və ən yaxşı neft ixracat olunan ölkəsini idarə edib və bu müddət ərzində Transparency International-ın hesablamalarına görə, 5 milyard dollara qədər dövlət pulunu mənimsəsə də, heç vaxt ittiham olunmayıb.
ABŞ səfiri Meri Bet Leonard nağd pulun Böyük Britaniya hesablarında olduğunu, lakin ABŞ rəsmiləri tərəfindən müəyyən edilərək dondurulduğunu söyləyərək əlavə edib ki, son razılaşma daxil olmaqla, Birləşmiş Ştatlar Abaça ilə əlaqəli 334,7 milyon dollardan çox məbləği geri qaytarmağa razılaşıb.
Baş prokuror Abubakar Malami, vəsaitlərin Nigeriya Suveren İnvestisiya Təşkilatının (NSIA) nəzarəti altında Abuja-Kano yolu, Laqos-İbadan Ekspress yolu və ikinci Niger körpüsü də daxil olmaqla infrastruktur layihələri üçün istifadə ediləcəyini söyləyib.
Keçmiş Nigeriyalı diktator Cersi hesabından 267 milyon dollar ələ keçirib ABŞ Ədliyyə Departamenti daha əvvəl də bildirmişdi ki, Nigeriya Abacha tərəfindən talan edilmiş vəsaitlərdən geri qaytarılan pulları razılaşdırılmış dövlət layihələri üçün istifadə etməlidir.
2017-ci ildə İsveçrə hökuməti 321 milyon dolların Qərbi Afrika ölkəsinə qaytarılması ilə bağlı Nigeriya hakimiyyət orqanları və Dünya Bankı ilə razılığa gəldiyini elan edən bəyanat yaymışdı.
2019-cu ildə Cersi ştatının səlahiyyətliləri Abachanın ailəsi və tərəfdaşlarından 267 milyon dollardan çox pul ələ keçirdiklərini bildiriblər. Mərhum diktator Məhəmməd Abaçanın oğluna məxsus müsadirə edilmiş aktivlərdən əldə edilən yuyulmuş vəsaitlər bir shell şirkətinə məxsus Kanal Adaları hesabında tapılıb.
Oğurlanmış vəsaitlər beş illik hüquqi mübarizədən sonra bərpa edildi və xüsusi bərpa fonduna ödənildi. Razılaşmaya görə məbləğin Nigeriya hökuməti, Cersi və ABŞ hökuməti arasında bölüşdürülməsinə razılıq verilib.
Tərcümə etdi: Elnurə Abuşova Keçmiş Nigeriya diktatoru, general Sani Abaça. Foto 1993-cü ildə çəkilib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.