Mərakeş hökuməti Tunisdəki səfirini məsləhətləşmələr üçün geri çağırmaq və Tunisdə Afrikanın İnkişafı üzrə Tokio Beynəlxalq Konfransında iştirak etməmək qərarına gəlib.
Azadmedia.az-ın məlumatına görə, bu barədə Mərakeş Xarici İşlər Nazirliyi bildirib.
"Mərakeş avqustun 27-28-də Tunisdə keçiriləcək Afrikanın inkişafı üzrə 8-ci Tokio Beynəlxalq Konfransında iştirak etməmək və məsləhətləşmələr üçün Tunisdəki səfiri dərhal geri çağırmaq qərarına gəlib", - deyə qeyd olunub.
Al Arabiyanın məlumatına görə, 2 ölkə arasında gərginlik Tunis prezidenti Kais Said separatçı lideri qəbul etdikdən sonra daha ciddi hal alıb. Mərakeş bunu ərazi bütövlüyünə təhdid hesab edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.