AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Amerika hinduları türkdür — ŞOK FAKTLAR

  • + A
  • - A
  • 24-03-2018, 13:29

    Amerika hinduları türkdür — ŞOK FAKTLAR















    Uzun illər alimlər Amerika qitəsinin yerli sakinləri sayılan hinduların türk köklü olduğu barədə müəyyən versiyalar irəli sürüblər.
    “Ölkə.Az” bu gün oxuculara bəzi teoriyalar haqqında qısa məlumat verəcək. Bir daha qeyd edək ki, bu versiyalar müxtəlif alimlər tərəfindən səsləndirilib. Biz isə sadəcə onları sizə çatdırırıq.

    Amerika hinduları türkdür — ŞOK FAKTLAR


    Versiyalardan biri, qədim dövrlərdə bir qrup türk tayfasının Berinq boğazı vasitəsilə Amerika qitəsinə köç etməsidir. Versiyanı irəli sürən alimlər Şimali Amerikanın ən böyük tayfalarından biri olan siu qəbiləsinin dil qrammatikası ilə tatar dili qrammatikasının çox bənzər olduğunu sübut kimi təqdim edirlər. Bundan başqa Günəş kultu, İlan kultu da bu sübutlar arasındadır.

    Amerika hinduları türkdür — ŞOK FAKTLAR


    Digər bir versiyaya görə isə, hinduların qayaüstü rəsmləri ilə bağlıdır. Bəzi alimlər bu rəsmlərlə paralellər apararaq bəzi rəsmlərin Qobustanda, Altayda olduğunu bildirirlər.

    Amerika hinduları türkdür — ŞOK FAKTLAR


    Başqa bir versiya isə DNA testləri ilə bağlıdır.

    Hindu qəbiləsinin rəisi və “Amerika Yerli Sakinləri Sosial İşlər” idarəsinin müdiri M. Franklin Kil hindular ilə türklərin DNA testlərinin eyni olduğunu, bundan başqa “Y” xromosomunnun sadəcə türklər ilə hindularda olduğunu söyləyib.

    Hinduların danışdığı dildəki söz bənzərlikləri, xalça və kilim kimi əl işlərindəki naxışlarında eyni olduğu, adət-ənənələrdə də bir çox bənzərlik olduğu bildirilir.

    Amerika hinduları türkdür — ŞOK FAKTLAR


    Fransalı alim Dumesnil isə hindu dilində 320 türk dilində söz müəyyən edib.

    Hinduların əslən haradan gəldiyini 40 ildir araşdıran Ethel Stuart sənədlərlə hinduların türk soyundan olduğunu sübut edib.

    Amerikada digər bir türk xalqı da Kamçatka yarımadasından Alyaskaya köçən saxa türkləridir.

    Eramızdan əvvəl 1500-cü illərə aid və Göytürk əlifbası ilə yazılmış Saka Bəyinin hekayəsindən bəhs edən daş lövhə bu köçü sübut edir.

    Avropalılar Amerika qitəsinə köçmədən əvvəl hinduların sayı Avropa qitəsindəki sakinlərin sayından daha çox idi. Ən azı 50 milyon hindu soyqırım nəticəsində qətlə yetirilib. Bəzi ABŞ tarixçilərinə görə isə bu rəqəm 100 milyona yaxındır. Hazırda isə qitədə 2.5 milyon hindu yaşayır.

    Asiya və Avropada sivilizasiyalar quran türklər ilə Amerika qitəsində yaşayan keçmiş Maya-Astek-Olmek sivilizasiyaları arasında simvollarla başlayan bənzərlik bir sıra məsələlərdə də özünü biruzə verib.



    Məsələn, Asiya qitəsində Hitit Günəşi olaraq bilinən simvoldakı TENQRİ (yəni kainatın hər yerindəki tanrı) ilə Maya və Aztek tanrısı Quetzalxoatlın simvolu arasındakı oxşarlığı müqayisə etmək olar. Bununla yanaşı, Maya və Aztek tanrısının adı “müqəddəs mərtəbəli” kimi tərcümə edilir. Demək olar ki, Tenqri ilə eyni mənaya gəlir.
    Çak mayalıların ildırım və şimşək tanrısıdır. Çak şəklində oxunan “Chac” sözü türkcədə şimşək çaxdı şəklində hələ də istifadə edilir.

    Kinich Ahau-Maya Günəş tanrısıdır. Kinich və ya Küniş türk dilində günəş kəliməsi ilə demək olar ki, eynidir. Qədim türk mifologiyasında “Künhan” Günəş-Xan adı müqəddəs günəşə verilən adlardan biridir. Qədim əfsanələrdə Oğuz Xaqanın 8 oğlundan biri də Gün-Handır. Ahau isə Han (Xan) sözü ilə yaxındır.

    Xiuhtecuhtli-alov və zaman tanrısıdır. İki vəzifəsi var.

    Tezcatlipoca: tez-sürətli, tez, katlı-qət edən, hərəkət edən b-nin p kimi səslənməsi ilə bora sözü poca şəklini alıb. Tezkatlıbor-külək tanrısıdır.

    Xochiquetzal-Gözəllik və çiçək tanrıçası. Burada quetzal sözünün qutsal olduğunu, Xochi-nin də çox olduğunu qəbul etsək, “Çoxqutsal” adı ortaya çıxar.
    Bundan başqa hindu dilində bəzi sözləri də təqdim edirik:

    Yat-kı- Yatılan ev
    Tamazkal- Hamam, təmiz qalmaq
    Atapaskan-Hindu qəbiləsinin adı
    T-sün: uzun
    Ata-Hualpa: Sonuncu Maya kralının adı
    Tekep: təpə
    Hu: salam
    Türe: törə, adət, türkcədə tore
    Tete: dədə
    Atış-ka: atəş
    Aş-köz: yemək
    Yu: su
    Yu-mak: yumaq (su ilə yumaq)
    Köç: köç
    Tekun: təkin
    Atağ: ata
    Yaşıl: yaşıl
    Çakira: çakır
    Kün-gün
    Misssigi: qarğıdalı, türkcə mısır
    Yanunda: yanında
    Uçarsu: şəlalə

    Sözlər kifayət qədər çoxdur, biz sadəcə müəyyən sözləri verdik. İndi gələk başqa versiyalara:
    Müxtəlif mənbələrdən əldə edilən məlumata əsasən, türklərlə hindular arasında əfsanələrin bənzərliyi, 12 heyvandan ibarət təqvimin istifadə edilməsi də bu iki millət arasında qan qohumluğunu sübut edir.

    Suyun gücü türk və hindularda eynidir. Suyun həyat verici gücü və təmizləməsi inancı hər iki millət mifologiyasında eynidir. Kaliforniyadakı Maidular və Vinton hindularının mifologiyasına görə, ölüm yoxdur. İnsanlar həyat suyunda üzərək yenidən gəncliklərinə qovuşurlar.

    Türk mifologiyasında da “həyat suyu” ölüləri dirildir, xəstələri sağaldır.

    Eyni zamanda müəyyən daşlar da həm türk, həm də hindu mifologiyasında müqəddəs sayılır.

    Türkiyəli alim Ahmet Arslanın “Ataların izi ile” kitabında Yakutiyada müqəddəs olaraq tanınan “serge” adlı dirəklərin Şimali Amerika hindularının totemləri ilə eyni olduğu yazılıb. Türk və hindularda şaman inancına görə, heyvanlar son dərəcə önəmlidir və xüsusi yeri var. Bundan başqa əsərdə türklər və hinduların qəhrəmanlıq anlayışının eyni olduğu, qəhrəmanlıqdan sonra verilən ləqəblər arasında parallelərin də olduğu qeyd edilib.

    Dədə Qorqud dastanında yer alan Dəli Domrul obrazı hindulardakı “Dəli At” qəhrəmanı ilə demək olar ki, eynidir. Hər iki cəmiyyətdə “dəli” ləqəbi cəsur, mərd qorxmaz mənasındadır.

    Nurhan Toprak tərəfindən 1998-ci ildə qələmə alınan elmi işdə hər iki cəmiyyətin mifologiyalarında oxşarlıq qeyd edilib. Şaman inancı ilə hindu inancı demək olar ki, eynidir.

    Amerikalı və rus antropoloqlar araşdırmalarında Şimali Amerika qitəsinin ilk sakinlərinin genetik beşiyinin Sibirin cənubundakı Altay bölgəsi olduğunu üzə çıxarıb. Pensilvaniya universitetinin alimi Teoder Şurr Rusiya, Monqolustan, Çin və Qazaxıstanın kəsişdiyi Altay bölgəsinin on min illərdir ki, bir çox xalqın gəlib keçdiyi yer olduğunu qeyd edib. Alimin tədqiqatlarına əsasən, Amerika qitəsindəki ilk insanların ataları bu xalqlardan biri idi və Altaydan 20-25 min il əvvəl Amerikaya köç ediblər. Onlar Berinq boğazını keçmədən əvvəl bütün Sibiri gəziblər…


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR