İsrailli deputatlar `Erməni soyqırımı`nı tanımağa çağırıb
İsrailin Qəzza sərhədindəki qətliamından sonra Təl-Əviv və Ankara arasında qarşılıqlı səfirlərin geri çağrılması ilə nəticələnən diplomatik gərginlik böyüyür. FaktXəbər "Jerusalem Post"a istinadən bildirir ki, israilli millət vəkilləri qondarma erməni soyqırımını tanıyan 30-cu ölkə olmaq üçün qanun layihəsi hazırlamaq ərəfəsində olduqlarını açıqlayıb.
Kenessetə qanun layihəsini təqdim etmək istəyində olan deputatlar Sionist Birlikdən deputat İtzik Şmuli (Itzik Shmuly) və baş nazir Benyamin Netanyahunun partiyası "Likud"dan Amir Ohanadır.
Hakim partiyanın deputatı Amir Ohana bildirib ki, soyqırımın tanınmamasının arxasında dayanan diplomatik səbəblər artıq keçərli deyil: "Ədaləti təmin etmək üçün gec deyil. Ermənilərə edilən dəhşətli ədalətsizliyi rəsmən tanımağın vaxtı çatıb".