AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sarkisyana verilən vaxtın son tarixi açıqlandı

  • + A
  • - A
  • 2-05-2017, 11:49

    Sarkisyana verilən vaxtın son tarixi açıqlandı

















    Erməni KİV: "Ermənistan prezidenti bu müddət ərzində qərarını verməlidir"

    Yaxın gələcəkdə Ermənistan prezidenti Serj Sarkisyan və baş nazir Karen Karapetyan arasında ciddi qarşıdurma gözlənilir.

    İstiPress-in məlumatına görə, bu barədə “Jamanak” (Zaman) erməni qəzeti yazır. Qeyd olunur ki, K.Karapetyan erməni əsilli Rusiya oliqarxı Samvel Karapetyan ilə birləşib və pul vasitəsilə Sarkisyanın tərəfində olan deputatları öz sıralarına cəlb edir.

    Bununla yanaşı, baş nazir siyasi dayaqlarını möhkəmləndirmək üçün müxalif “Tsarukyan” blokunun üzvlərini də pulla almağa çalışır. Erməni qəzeti Sarkisyana qarşı möhkəmlənməyə çalışan Karapetyana dəstəyi verənin Rusiya oliqarxı olmasına diqqəti çəkib.

    “Rusiya da artıq Sarkisyana “stavka” etmək fikrində deyil. Çünki Sarkisyan son illər Moskvaya qarşı siyasət yürüdür və Avropaya meyllənir”, - deyə “Jamanak” yazır.

    “Joxovurd” (Xalq) qəzeti isə yazır ki, parlament seçkilərindən sonra hakim Respublika partiyasında deputatlar arasında qarşıdurmalar baş verir.

    Sarkisyan artıq yeni komandasını yığmağa başlayıb. Hökumətdəki mənbə qəzetə bildirib ki, prezident gələn ilin aprel ayına qədər hökumətdə ciddi islahatlar aparacaq. Çünki bir il sonra Sarkisyanın prezident səlahiyyətləri başa çatacaq. Ölkə tamamilə parlament üsul-idarəsinə keçəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR