Paşinyanın arzusu ürəyində qaldı — Tramp onunla görüşməyi rədd etdi
ABŞ prezidenti Donald Trampın Paşinyanla görüşü baş tutmayacaq.
Ermənistanın baş naziri bu ay ABŞ-a səfər etməyi planlaşdırırdı və səfər çərçivəsində Trampla görüşmək istəyirdi.
Mətbuatın xəbərinə əsasən, Paşinyanın Rusiyaya səfəri, erməni hərbçilərinin Suriyada humanitar missiyada iştirakı və Ermənistandakı ABŞ laboratoriyalarına rus mütəxəssislərinin buraxılması səbəbindən görüş ləğv edilib.
Qeyd edək ki, Paşinyanla Trampın görüşü rəsmi şəkildə təsdiqlənməmişdi:
“Söhbət hazırlıqdan və ehtimaldan gedirdi. Görüşü bəzi konqresmenlər hazırlayırdılar”.