AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Kanadada mükafat aldı - KİV

  • + A
  • - A
  • 11-07-2024, 13:47

    Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Kanadada mükafat aldı -


    Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Kanadanın Toronto şəhərində keçirilən “WideScreen Film & Music Video” festivalında “Fəxri ad” mükafatına layiq görülüb.

    Azadmedia.az Kult.az-a istinadən xəbər verir ki, festivala dünyanın fərqli mədəniyyətlərinin tanıdılması mövzusunda çəkilmiş filmlər qəbul edilir.

    Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

    Qeyd edək ki, festivalda “İkinci ömür” tammetrajlı bədii filmin ssenarisi də “Fəxri ad” mükafatına layiq görülüb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR