AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda “Zamanını aşan miras - İpək yolu” adlı beynəlxalq sərgi açılıb - FOTOLAR

  • + A
  • - A
  • 22-10-2024, 16:41

    Bakıda “Zamanını aşan miras - İpək yolu” adlı beynəlxalq sərgi açılıb -

    Ekspozisiyada İpək yolu istiqamətini əhatə edən 41 sənətkarın əsərləri nümayiş olunur.

    Bakı, 22 oktyabr — Azadmedia.az


    Oktyabrın 22-də Muzey Mərkəzinin sərgi qalereyasında “Zamanını aşan miras - İpək yolu” adlı beynəlxalq sərgi açılıb.

    Azadmedia.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərgi Türkiyənin İnsan və Mədəniyyət Hərəkatı Sənət Birliyinin təşkilatçılığı, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycandakı səfirliyi, Konya Böyükşəhər Bələdiyyəsi, Türk Dünyası Bələdiyyələr Birliyi, İstanbul Ticarət Universiteti, Xəzər Universiteti, Muzey Mərkəzi və Bakı Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunub.

    Əvvəlcə iştirakçılar layihədən bəhs edən videoçarxa baxıblar. Videoçarxda qədim İpək yolunun keçdiyi coğrafi ərazilərdə inkişaf edən mədəniyyət və sənət dünyasının bu gün də yaşadıldığı bildirilib.

    İnsan və Mədəniyyət Hərəkatı Sənət Birliyinin sədri, tədbirin koordinatoru Məryəm Güney həyata keçirdikləri “Zamansız miras İpək yolu” layihəsi barədə məlumat verib: "Bu layihə minilliklər boyu keçdiyi bütün bölgələrin sivilizasiya izlərini daşıyan, qeyri-adi tarixi-mədəni zənginliyi özündə ehtiva edən İpək yolunun tarixi missiyasını xatırlatmaq, Türk dünyası ilə olan əlaqələrimizin inkişafına töhfə vermək, gələcək birgə layihələr üçün zəmin yaratmaq, elm və sənət dünyamıza yeni əsərlər gətirmək məqsədi daşıyır".



    Bildirilib ki, layihə çərçivəsində Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Çin, Əfqanıstan, Pakistan, İran və Suriyadan olan sənətkarların mövzuya uyğun hazırladıqları əsərlər bu gün Bakıda sərgilənəcək. Həmçinin eyni ölkələrdən qatılan sənət və elm adamlarının iştirakı ilə təşkil olunan simpoziumda İpək yolunun tarixini, mühüm mərkəzlərini, dil və ədəbiyyatını, elm və incəsənətini, memarlığını və ticarətini bir çox aspektlərdə əhatə edən məruzələr dinləniləcək. "Düşünürəm ki, belə layihələr bizi bir-birimizə daha da yaxınlaşdıracaq, aramızdakı sərhədləri aradan qaldıracaq, sivilizasiyaya baxışımızı qoruyub saxlayacaq, yeni ideya və texnika mübadiləsi ilə irəli aparacaq", - deyə o əlavə edib.

    Xəzər Universitetində Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı layihənin vacibliyindən və qədim İpək yolunun keçdiyi ərazilərdə sənətin inkişafına gətirdiyi yeniliklərdən danışıb.

    Türkiyənın ölkəmizdəki səfiri Cahit Bağçı layihənin Türk dünyasının sənət irsinin yenidən tanınması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib. Səfir deyib: “Bu mədəniyyəti qorumaq və yaşatmaq hamımızın borcudur. İpək yolu təkcə ticarətin deyil, həm də mədəniyyətin, sənətin inkişafına böyük təsir göstərib. Bu mədəni mirasın indi də yaşadılmasında belə sərgilərin böyük rolu var. Bu önəmli tədbirdə Türk dünyasının tarixi və mədəni zənginliyini, mədəniyyətlərarası bağları və müştərək mirasını özündə birləşdirən sənət nümunələri sərgilənəcək.



    Səfir diqqətə çatdırıb ki, bugünkü ekspozisiyada İpək yolu istiqamətini əhatə edən 41 sənətkarın xəttatlıq, təzhib, miniatür, ebru, qələm işi (qrafik xətt), ağacoyma, sədəf düzmə, keramika, zinət əşyaları və digər əsərləri nümayiş olunacaq.

    Sonra iştirakçılar sərgidəki əsərlərlə tanış olublar.

    Oktyabrın 26-dək davam edəcək sərgi çərçivəsində panel müzakirələr də aparılacaq.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR