Azərbaycanın müxtəlif bölgələri üzrə ümumi təhsil məktəblərinin peşə təmayüllü siniflərində monitorinqlərin keçirilməsinə başlanılıb.
Bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, monitorinqlər oktyabrın 7-dən Təhsil İnstitutunun “Peşə və ömürboyu təhsilin proqramları” şöbəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif bölgələri üzrə ümumi təhsil məktəblərində təşkil olunan peşə təmayüllü siniflərdə keçirilir. Ümumilikdə 200 peşə təmayüllü siniflərdə monitorinqin keçirilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, monitorinq peşə təmayüllü siniflərdə infrastrukturun vəziyyəti, maddi-texniki bazanın yararlılığının müəyyənləşdirilməsi, tədris prosesinin səmərəliliyi, şagird səriştələrinin inkişafı, proqnozların və inkişaf perspektivlərinin müəyyən edilməsi məqsədilə hazırlanmış fəaliyyət indikatorları əsasında peşəkar monitorinq mütəxəssisləri tərəfindən həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.