AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADMİU-nun Zəfər Gününə həsr olunmuş yeni nəşri təqdim olunub - FOTOLAR

  • + A
  • - A
  • 6-11-2024, 20:14

    ADMİU-nun Zəfər Gününə həsr olunmuş yeni nəşri təqdim olunub -


    Bakı, 7 noyabr — Azadmedia.az


    Noyabrın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Sənətdən cəbhəyə” kitabının təqdimat mərasimi və 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə universitet rəhbərliyi, şəhidlərimizin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və digər qonaqlar iştirak ediblər.
    Öncə ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirin aparıcısı Əzizəxanım Kazımova kitab haqqında məlumat verib.
    ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxışında qeyd edib ki, Mədəniyyət və İncəsənət Universiteti hər zaman ölkəmizin böyük zəfərinə, Qarabağ müharibəsinə, eləcə də şəhidlərimizə həsr olunmuş silsilə tədbirlər keçirir. Bu günlərdə ali təhsil ocağı 8 Noyabr Zəfər gününə özünün növbəti misilsiz töhfəsini təqdim edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yeni nəşri- “Sənətdən cəbhəyə” kitabı Universitetimizin müharibə iştirakçılarına, əziz şəhidlərimizin xatirəsinə həsr olunub. Mətbuat katibi, yazıçı, jurnalist Şahanə Müşfiqin müəllifliyi ilə çap olunan ensiklopedik topluda tələbə və məzunlarımızın, o cümlədən, ali təhsil müəssisəsinin əməkdaşlarının xüsusi bir qrupu, Vətən yolunda canlarını, qanlarını fəda edən qəhrəmanlar haqqında məlumatlar yer alıb. Müstəqilliyimizi və suverenliyimiz Ali Baş Komandan, cənab Prezident İlham Əliyev başda olmaqla, şücaətli ordumuza və qəhrəman şəhidlərimizə borclu olduğumuzu vurğulayan rektor daim onların əziz xatirəsinin yad ediləcəyini, bu kimi tədbirlərin davamlı keçiriləcəyini bildirib.
    ADMİU-nun 20 Yanvar şəhidi Azər Ələkbərovun bacısı Gülsəda Ələkbərova, ADMİU-nun Birinci Qarabağ şəhidi Dəryanur Salayevin tələbə yoldaşı, Əməkdar rəssam Vüqar Əli, Vətən müharibəsi iştirakçısı Şəhriyar Əlizadənin bacısı, ADMİU-nun “Aşıq sənəti” kafedrasının müdiri Samirə Əliyeva və ADMİU-nun kafedra müdiri, Əməkdar incəsənət xadimi Əli Əmirli çıxış edərək kitab haqqında fikirlərini bölüşüb, bu cür nəşrlərin davamlı olmasının vacibliyini vurğulayıblar.
    “Sənətdən cəbhəyə” kitabının müəllifi, yazıçı, publisist, ADMİU-nun mətbuat katibi Şahanə Müşfiq çıxışında kitabın araya-ərsəyə gəlməsi prosesindən danışıb, nəşrin hazırlanmasında dəstək olan hər kəsə öz təşəkkürünü bildirib.
    Daha sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissədə ADMiU-nun tələbələrdən ibarət Xalq Çalğı Alətləri orkestrinin (bədii rəhbər və dirijor Beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurov) və Əvəzxan Əzizov, Sərxan Mirzəyev, Səfiyyə Yaqublu, Gülyaz Həsənzadənin ifasında musiqi nömrələri təqdim olunub.











    Şəhanə Müşfiq


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR