Bakı Baş Gömrük rəisi “Aztexnika” MMC-nin mallarını niyə buraxmır? - Qanunsuzluq
“Aztexnika” MMC bu ilin iyulunda Azərbaycana vaqon və yük maşınları ilə İran İslam Respublikasından kafel və metlax gətirib
Cahan.info xəbər verir ki, yükün gömrük rəsmiləşdirilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinə 9 iyul tarixli yük gömrük bəyannaməsi təqdim olunub.
Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov yükün özünün heç bir əsas olmadan təyin etdiyi qiymətlər əsasında bəyan olunmasını tələb edib.
13 iyun 2013-cü il tarixli “Gömrük Tarifi haqqında” Qanun isə yükün rəsmiləşdirilməsi zamanı satıcı ilə alıcı arasında olan sövdələşmə qiymətinin əsas götürülməsini tələb edir.
Ona görə də MMC rəsmiləri Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz tələbi ilə razılaşmayıblar.
Gömrük rəsmilərinə 13 iyun 2013-cü il “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsində gömrük dəyərinin müəyyən edilməsi üsulları kimi 6 üsul göstərilməsini xatırladıblar.
Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:
12.1.1. malların sövdələşmə qiyməti ilə;
12.1.2. eyni malların sövdələşmə qiyməti ilə;
12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə;
12.1.4. dəyərin çıxılması üsulu ilə;
12.1.5. dəyərin toplanması üsulu ilə;
12.1.6. ehtiyat üsulu ilə.
12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur.
Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
Qanunda 12.2-1=2 bəndi yoxdur və həmin bənddə “gömrükçülər mala hansı qiyməti qoyurlarsa, həmin qiymətlə də rəsmiləşdirirlər” kimi qeyd də müvafiq olaraq yoxdur!
Məhkəməyə üz tutan MMC rəsmiləri iddialarında qeyd ediblər ki, cavabdeh tərəfindən həmin mallar heç bir əsas olmadan saxlanılır.
Cahan.info xəbər verir ki, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün tələb olunan sənədlər təqdim edilməsinə baxmayaraq, cavabdeh qeyd edilən yükü buraxmaqdan qanunsuz və əsassız olaraq imtina edir.
1 saylı İnzibati-İqtisadi Məhkəməsi 3 oktyabr 2018-cı il tarixlı Qərardadında - müvəqqəti xarakterli müdafiə tədbiri qismində “Aztexnika” MMC-nin ünvana İran İslam Respublikasından daxil olmuş yükün rəsmiləşdirilməsi öhbədliyi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyub.
Qərardadın dərhal icra olunması məhkəmə qaydasında əmr ediləsə də, Səbayel Rayon İcra və Probasiya şöbəsinin məmurları Bakı Baş Gömrük İdarəsi rəsmilərinin qarşısında aciz qalıblar. Bakı Baş Gömrük İdarəsi rəsmiləri açıq-aşkar məhkəmə qərardadını icra etməkdən imtina ediblər.
MMC direktoru Bakı Baş Gömrük İdarəsində baş verən qanunsuzluqların aradan qaldırılması üçün prezident İlham Əliyevə, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət edib.
Məhkəmə qərardadının dərhal icra etmədiklərinə görə Bakı Baş Gömrük İdarəsinin məsul şəxslərinin cəzalandırılmasını xahiş edib.
“Aztexnika” MMC Sumqayıt Baş Gömrük İdarəsi rəsmilərinin də “kafel metlax biz istədiyimiz qiymətlə rəsmiləşəcək” kimi qanunsuz tələbini yerinə yetirməkdən imtina edib. Ona görə də MMC rəsmilərinin eyni məzmunlu iddiasına 2018-ci il sentyabrın 7-də Sumqayıt İnzibati İqtisad Məhkəməsində hakim Vəfa Əzizovanın sədrliyi ilə baxılıb. Hakim MMC iddiasındakı dəlilləri bir kənara qoyaraq özünün istədiyi şəkildə durumu təqdim edib.
Guya gömrük rəsmilərinin hərəkətlərindən MMC-yə ziyan dəymədiyinə istinad etməklə iddianı təmin etməyib. Halbuki qanun hakimin çıxardığı qərardadın qanunsuzluğunu açıq-aşkar ortaya qoyur.
Üstəlik MMC İran İslam Respublikasından Azərbaycana yük maşınları və vaqonlarla gətirilən kafel metlaxın gömrükdə saxlanılmasına görə MMC hər ötən gün azı 100 manat ziyan çəkir və çəkməkdədir.
Sumqayıt İnzibati İqtisad Məhkəməsinin əsassız və qanunsuz qərarı Sumqayıt Apelyasiya Məhkəməsinin müvafiq qərarına əsasən ləğv olunub.
Sumqayıt Apelyasiya Məhkəməsi “Aztexnika” MMC-nin müvəqqəti xarakterli müdafiə tədbiri kimi Sumqayıt Baş Gömrük İdarəsinin üzərinə “Aztexnika” MMC-nin ünvanına 72D95510/72D95610 dövlət nömrə nişanlı yük avtomobili vasitəsi ilə daxil olan yükün TI8C232 nömrəli invoys və 01181000182517 saylı gömrük bəyannaməsi əsasında rəsmiləşdirilməsi öhdəliyinin qoyulması barədə ərizəsinin təmin edib və dərhal icra edilməsi öhdəliyini Sumqayıt Baş Gömrük İdarəsinə həvalə edib.
Lakin müəssisənin nümayəndəsi Sumqayıt Baş Gömrük İdarəsinə gedərək dərhal icrası nəzərdə tutulan məhkəmə qərardadının icra edilməsi xahiş etsə də, Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə qərarını icra etməkdən əsassız olaraq imtina edərək qərardaddan kassasıya instansiyasına şikayət verəcəklərini və qeyd edilən yük barəsində təhqiqat orqanında araşdırma getdiyini əsas gətirərək dərhal icrası nəzərdə tutulan məhkəmə qərardadım qanunsuz olaraq icra etməkdən imtina edib.
Bu cür bəhanələrlə məhkəmənin qərardadının icra edilməməsi məhkəmə hakimiyyətinə hörmətsizlikdir və dövlət örqanı üçün cıddı qanun pozuntusu hesab edilir.