AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gömrüksüz qalan “broker Əbülfəz” küncə sıxışdırılıb, üç müavini təşvişdə - maliyyə cinayəti...

  • + A
  • - A
  • 13-11-2018, 13:14

    Gömrüksüz qalan “broker Əbülfəz” küncə sıxışdırılıb, üç müavini təşvişdə - maliyyə cinayəti...














    Artıq belə xəbərlər tirajlanmaqdadır ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə “Gilan” holdinqdə aqrar sektora rəhbərlik edən Əbülfəz Məlikov yola getmirlər

    Cahan.info yazır ki, “Meyvəli” bazarının şəriklərindən olan, gömrüyün baş monopolisti kimi tanınan Ə.Məlikovun sıxışdırılması prosesi davam etdirilir. Bu mövzuda dia.az xəbər verib ki, DGK sədrinin keçmiş brokerə medianı susdurmaq təlimatı verdiyi bildirilir.

    Bir zamanlar mətbuatda müəyyən kampaniya aparan, barəsində məlumatların getməsini qabaqlayan və bəzi KİV-lərlə əməkdaşlıq edən Ə.Məlikov indi emissarları ilə əlaqəni kəsib.

    Bu da S.Mehdiyevin əleyhinə işləyir. Çünki gömrüklə bağlı xəbərlər tirajlanır, Ə.Məlikovla S.Mehdiyevin adı hallanır. Dayaqları sarsılan və zəiflədilən Ə.Məlikovun hansı addımı atacağı bilinmir.

    Dia.az onu da əlavə edib ki, Əbüfəz Məlikovla yanaşı bu gün təhlükə altında olan həm də onun yaxın çevrəsidir. Əbülfəz Məlikov istənilən an həmin adamları hədəfə gətirə bilər. Onun müavinləri də özü kimi qorxu içindədirlər.

    Keçmiş brokerin üç ən yaxın adamı var ki, o admların adına hansı işlərin görüldüyü ortaya çıxarsa, bütün ölkə silkələnər. Söhbət Əbülfəz Məlikovun müavinləri olan Elşad İsgəndərov, Mehman Rüstəmov və Günel Səfərovadan gedir.

    Əgər hüquq-mühafizə orqanları bu şəxslər haqqında araşdırma apararsa, ortaya ölkəni silkələyəcək maliyyə fırıldaqçılıqları, ölkədən müxtəlif yollarla oğurlanaraq çıxarılan milyonların haralara getdiyi məlum olacaq. Aydın olur ki, Əbülfəz Məlikova artıq həmin yaxın adamlarından gərəkən ismarıc göndərilib.

    Keçmiş brokerin nəzər-diqqətinə çatdırılıb ki, əgər onlara qarşı hansısa hüquqi addım atılarsa, o zaman onların heç biri Əbülfəz Məlikova görə, nələrisə boyunlarına götürməyəcəklər, nə varsa, istintaqa onu da danışacaqlar.

    Cahan.info yazır ki, onin İspaniyaya qaçdığı, ayağında 6 milyard olduğunu xəbər vermişdik. Müavinlərinin həyəcan içərisində olması göstərir ki, onun kənarda idarəçiliyi çox təhlükəlidir.

    Çünki özü ölkədə çıxıbsa, müavinləri məsuliyyətə cəlb oluna bilər. Hər üç müavində Ə.Məlikovun maliyyə cinayətləri, gömrükdə sahibkarların dərisini üzməsi haqda məlumatlar az deyil.

    Uzun müddət, Broker MMC-nin rəhbəri, “broker Əbülfəz” ləqəbli “Monopoliyalar kralı” Əbülfəz Məlikov qida sektorunu əlinə alaraq ölkəyə idxal olunan yararsız qida məhsulları ilə əhalini zəhərləyirdi.

    Hamıya məlumdur ki, bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır. Bir müddət əvvələcən başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var idi ki, bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir.

    Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulurdu.

    Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Rusiya, Yeni Zelandiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Azərbaycanda yaranan bu yağ probleminin əsas baiskarının da kim olduğu məlumdur.

    Bu biznes “broker Əbülfəz” kimi tanınan həmin Əbülfəz Məlikovun monopoliyasındadır. Ə. Məlikovun bu “yağ monopoliyası” xalqımıza həm bahalıq səbəbindən, həm də ən əsas sağlamlıq baxımdan çox baha başa gəlir.

    Bundan başqa ölkə mətbuatının yazdığına görə “Monopoliya naziri Əbülfəz Məlikov” hər il Azərbaycana, kənd təsərrüfatına milyardlarla ziyan vurub.

    Ölkə iqtisadiyyatının dirçəlməsində əsas əngəllərdən biri məhz vaxtı ilə “Meyvəli” topdansatış bazasında da “məskunlaşan” və Azərbaycan gömrüyündə monopoliyanın təminatçısı rolunda çıxış edən Əbülfəz Məlikov olub.

    Əbülfəz Məlikovun sayəsində hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb. Ancaq gömrükdə baş verən korrupsiya haqqında məlumatı olan şəxs isə iddia edir ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub. Təbii ki, bu cür şəraitdə, Əbülfəz Məlikovun fəaliyyəti “sayəsində” ölkənin kənd təsərrüfatına böyük zərbələr dəyib, onun inkişafı ləngiyib.

    Sizcə vaxtı ilə Səfər Mehdiyev DGK-nın 1-ci müavini vəzifəsində çalışanda bütün bunlardan məlumatı yox idimi? Var idi… Bunu biz yox, ölkə mətbuatı deyirdi. Ölkə mətbuatı o vaxtlar mütəmadi olaraq yazırdı ki, bu monopoliyanın başında dayanan elə Səfər Mehdiyev özü olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR