AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı

  • + A
  • - A
  • Bu gün, 10:41

    Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı

    Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib.

    Bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.

    Müraciətlə bağlı ilkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.

    Qeyd edək ki, son vaxtlar naməlum şəxslərin məşhurların adından istifadə etməsi ilə bağlı dələduzluq hallarına rast gəlinir. Belə ki, onlara tanışlarının nömrələrinə oxşar və ya eyni vatsap nömrələri ilə zəng edərək pul almaları halları da artıb.

    ***

    Emin Əfəndi sosial şəbəkə səhifəsində hadisə ilə bağlı açıqlama yayıb. O, faktı təsdiq edib: “Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim”.

    Hüquq-mühafizə orqanlarına müraciətində ondan hədə-qorxu yolu ilə 1000 manat alındığını bildirsə də, E.Əfəndi sosial şəbəkədə kiməsə pul vermədiyini deyib: “Sadəcə məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq. Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir. Hüquq-mühafizə orqanlarının operativ reaksiyasına görə təşəkkür edir, məsələnin tezliklə həllini tapacağına ümid edirəm”.

    Fotoda: Emin Əfəndi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR