“Azərbaycanfilm”in sabiq direktor müavini, kinoprodüser Aydın İmrani vəfat edib.
Bu barədə “Azərbaycanfilm” məlumat yayıb.
Qeyd edək ki, A. İmrani 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında inzibatçı, film direktoru, kinostudiyanın direktor müavini vəzifələrində çalışıb.
O, “Evlənmək istəyirəm”, “Cin mikrorayonda”, “Özgə ömür”, “Lətifə” və bir sıra məşhur filmlərin direktoru olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.