AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan nefti cüzi ucuzlaşıb

  • + A
  • - A
  • Bu gün, 11:45

    Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları, yaxud 0,04 % azalaraq 75,68 ABŞ dolları təşkil edib.

    Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 73,92 ABŞ dolları təşkil edib.

    Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,01 ABŞ dolları və ya 0,01 % azalaraq 74,43 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR