Emin Əmrullayevdən Bilik Günü paylaşımı

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə təhsil ictimaiyyətini təbrik edib.
Nazir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!
Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız, yenidən təhsil həyatına qayıdan şagird və tələbələrimiz, onları sevgi və məsuliyyətlə qarşılayan müəllimlərimiz üçün xüsusi gündür.
Yeni tədris ilinin bütün təhsilalanlar, müəllimlər və təhsil ictimaiyyəti üçün uğurlu və məhsuldar olmasını arzulayıram.
Bilik Gününüz mübarək!”, – deyə Emin Əmrullayev qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.