AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Trampın təklifini dəstəklədi

  • + A
  • - A
  • Bu gün, 21:15

    Zelenski Trampın təklifini dəstəklədi


    Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın kritik infrastruktur obyektlərinə zərbələrin dayandırılması ilə bağlı razılaşmanın əldə olunması ideyasını dəstəkləyib.

    Zelenskinin sözlərinə görə, Ukrayna tərəfdaşlarına Rusiya ilə elə bir razılaşmanın təmin edilməsini təklif edib ki, bu razılaşma kritik infrastrukturun məhv edilməsini dayandırsın.
    Ukrayna Prezidenti bildirib ki, ərzaq, enerji və insanların normal həyatını təmin edən digər əsas sahələr qorunmalıdır. Onun sözlərinə görə, Rusiya zərbələrinin əsas hədəfləri məhz bu obyektlərdir.

    Zelenski qeyd edib ki, hər gün Ukraynanın enerji obyektləri, liman infrastrukturu, logistika mərkəzləri, eləcə də ərzaq və əczaçılıq məhsullarının saxlandığı anbarlar hücuma məruz qalır.

    Ukrayna Prezidenti Rusiyanın hər hansı razılaşmaya əməl etmək niyyətində olduğuna əmin olmadığını da vurğulayıb. O bildirib ki, tərəfdaş ölkələr Rusiyanın Ukraynanın elektrik enerjisi, digər enerji obyektləri və kritik infrastruktura zərbələr endirməməsi ilə bağlı real təminat verə bilsələr, Kiyev də öz növbəsində bu obyektlərə hücum etməməyə hazırdır.
    Zelenskinin fikrincə, belə razılaşma etibarlı, uzunmüddətli və insanların həyatına real təsir göstərə biləcək xarakter daşımalıdır.

    O, kritik infrastruktura zərbələrin dayandırılmasını deeskalasiya istiqamətində ilk addım kimi qiymətləndirib və bunun sülhə aparan prosesin başlanğıcı ola biləcəyini bildirib.

    Zelenski həmçinin müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb. O, razılaşmanın yalnız müvəqqəti xarakter daşımamalı və müəyyən siyasi proseslərdən sonra pozulmamalı olduğunu qeyd edib.

    Ukrayna Prezidenti tərəfdaşlardan bu istiqamətdə konkret təkliflər gözlədiklərini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR