AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tovuzda yük maşını aşıb, xəsarət alan var

  • + A
  • - A
  • Bu gün, 15:26

    Tovuzda yük maşını aşıb, xəsarət alan var

    Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza Bakı–Qazax magistral yolunun Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan yük maşını idarəetmədən çıxıb. Nəticədə, yük maşını yol kənarındakı səkiyə çırpılıb, daha sonra isə yolda çıxaraq aşıb.

    Qəza zamanı sürücü 1994-cü il təvəllüdlü Z.Şabanlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qəzaya səbəb yük avtomobilinin təkərinin partlaması olub.

    Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR