Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ilə görüşüb.
Bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.
Görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmləməsinə verdiyi töhfə vurğulanaraq mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub.
Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi -mədəni abidələrinin qorunması və digər müştərək layihələrin icrası istiqamətində fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.