Şahmar İbadov yenə gündəmdə: "Qarant İnşaat - 2012” hədəsi, gözdən əlil işi..." - Video
Nərimanov icra başçısı müavini Şahmar İbadov daha bir qalmaqallı hadisənin girdabındadır. Gözdən əlillərin məhkəmə işində adı keçən Ş.İbadov pilot layihə ilə bağlı yenidən gündəmdədir.
Cahan.info-nun verdiyi məlumata görə, Nərimanov rayon İcra Hakimiyyəti ilə “Qarant İnşaat - 2012” MMC-nin birgə özbaşınalıqları sakinləri zülmə salıb.
Bu haqda aztoday.az xəbər verib ki, sözügedən şirkətin Nərimanovun M.Sənani küçəsində bina tikintisi üçün apardığı söküntü işləri zamanı onlarla mənzil bərbad vəziyyətə düşüb.
Konkret M. Sənani küçəsinin 39 ünvanında yerləşən evlərin divarları və dam örtüyü yararsız vəziyyətdədir.
Sakinlərin aylardır davam edən şikayətlərinə baxmayaraq nə Nərimanov rayon İcra Hakimiyyəti, nə də “Qarant İnşaat – 2012” MMC rəhbərliyi tədbir görür.
Hətta Nərimanov rayon İcra Hakimiyyəti şikayət edən vətəndaşlara ölkə rəhbərliyi adından təzyiq göstərərək, onları susdurmağa çalışır.
Halbuki “Qarant İnşaat – 2012” MMC yüksək mərtəbəli binanın tikintisi prosesində nəinki vətəndaşların mülkiyyət hüquqlarını pozur, həmçinin tikinti norma və qaydalarını, xüsusi ilə də əməyin təhlükəsizliyi qaydaları kobud şəkildə pozulur.
Cahan.info xatırladır ki, Şahmar İbadov Nərimanovda baş bəlasına çevrilib. Onun adı həmişə qanunsuzluqlarda çəkilir. Əslində gözdən əlillər işi onun istefasını yetişdirib.
Amma icra başçısı Abdin Fərzəliyev “sağ əli”olan müavinin qorumağa çalışır. 77 ailənin mənzil dələduzluğu işinin bütün məsuliyyəti İH rəhbərliyinin üzərindədir.
Ş.İbadovun məhkəmədə konkret ittihamlarla üzləşməsi, sabiq hüquq şöbəsi müdirinin başçı müavininin təzyiqi altında saxta sənədlərə qol çəkdiyini etiraf eləməsi vəziyyəti qəlizləşdirib. Hətta Ş.İbadov barəsində cinayət işi açıla bilər. Bu gözlənti istisna deyil.
Bilgilərə görə, A.Fərzəliyev I müavini vəzifəsindən azad edərsə, həm özünü gözdən əlillərin mənzil fırıldağı məhkəmə çəkişməsindən uzaq tutmuş olacaq, həm də İbadov məsuliyyət daşıyacaq.
Təbii ki, bu məsələnin məsuliyyətindən yayınmaq çətin olacaq. Çünki şöbə müdiri başçı və müavinin icazəsi olmadan heç bir addım ata bilməz. Buna uşaq da inanmaz.
Nərimanov rayonu, Faiq Yusifov küçəsi-196 ünvanında inşa olunan binadan ev almaq vədiylə adamlardan 50-60 min manat arası alınıb. Onlara Nərimanov Rayon İcra Hakimiyyətinin mənzil növbəsinə götürülmələri barədə sərəncamı verilib.
2015-ci ilin dekabrında bina istifadəyə veriləndə onlar aldadıldıqlarını başa düşüb şikayət etməyə başlayıblar.
Bu yolla aldananların sayı 177 nəfərdir. Bu şəxslər əlillər üçün binadan ev almaq məqsədilə rüşvət verdiklərinə görə zərərçəkmiş yox, şahid qismində tanınıblar.
Təqsirləndirilən Hüquq şöbəsinin sabiq rəhbəri N.Şıxəliyev deyib ki, Ş.İbadov onu bu işlərə görə hədələyib: ”Belə çıxır ki, İcra Hakimiyyətində bu işləri yanlız mən görmüşəm, səlahiyyətlər də yalnız məndə olub.
Mən orada yalnız sənədləri aparıb-gətirən şəxs olmuşam. Bu məsələ böyüyəndə Şahmar müəllim mənə dedi ki, "get polisdə izahat yaz”.
Mən də gedib izahat yazdım. On bir aydır məhkəməyə gedib-gəlirəm, səhhətimdə problem yaranıb.
Düzdü, bu işdə Şahmar müəllimin rolu olmayıb. Mənə göstərişləri Firdovsi müəllim verib. O deyirdi ki, “rəhbərliyin göstərişidir, işləri həll et”.
Niyaməddin Şıxəliyev ifadəsində söyləyib ki, bu işə onu Şahmar İbadov məcbur edib. Sənədləri də Şahmar İbadovun təzyiqi altında imzalayıb.
N.Şıxəliyev ifadəsini təsdiq etdiyini bildirib.Sadəcə, şöbə müdirinin üstünə atmaqla guya kimlərisə aldatmağa çalışırlar.
Halbuki, Nərimanov RİH-nun hüquq şöbəsi məhz komissiya sədri olan Şahmar İbadov və icra başçısı Abdin Fərzəliyevin göstərişləri əsasında bu özbaşınalığa imza atıb, gözdən əlil olmayanlara mənzillər satıb, indi də iş məhkəmədədir, rayon rəhbərliyi şöbə müdirini qurban verməklə vəziyyətdən çıxmağa çalışır.
Şikayətçilərin tarixi çıxışlarından faktlar təqdim edək. Rəşad Səlimli: “Şahmar İbadov bizi yanına çağırıb dedi ki, üç qəpiklik hörmətim vardı, onu da heç etdiniz… Dedi rüşvət alanın balası ölsün, amma balası ölmədi, adam öldürdü”
Mübariz Hacıyev: “Məndə məlumat var ki, binada mənzil almağa tərəddüd 30-40 ailə məhz Şahmar İbadovla məsləhətləşəndən sonra, gətirib pulu Məzahir Məmmədova veriblər”. Nəticəni oxucular çıxarsın, biz yazıda adı keçən tərəflərin mövqeyini işıqlandıra bilərik.