AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Premyer Liqa: Bu gün lider "Sabah" "Zirə" ilə üz-üzə gələcək

  • + A
  • - A
  • Dünən, 09:33

    Premyer Liqa: Bu gün lider "Sabah" "Zirə" ilə üz-üzə gələcək

    Misli Premyer Liqasının XVIII turunda bu gün lider "Sabah" "Zirə" ilə üz-üzə gələcək.

    Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq oyun turun mərkəzi görüşü hesab olunur.

    Bakı klublarının dueli saat 17:00-da başlayacaq.

    Günün ilk qarşılaşması isə Yevlaxda təşkil olunacaq. Ötən tur "Qarabağ" üzərində inamlı qələbə qazanan "Kəpəz" bu dəfə Yevlax şəhər stadionunda "Şamaxı" ilə qarşılaşacaq. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv uğurlu çıxışı davam etdirməyə, "Şamaxı" isə ötən tur böyük hesabla uduzduğu "Qəbələ" matçını unutdurmağa çalışacaq.

    Sözügedən oyun saat 14:30-da başlayacaq.

    Turnir cədvəlinə 40 xalla "Sabah" başçılıq edir. 29 xalı olan "Zirə" 5-cidir. "Şamaxı" 20 xalla 8-ci, 12 xala malik "Kəpəz" isə 11-ci pillədə yer alıb.

    Misli Premyer Liqası

    II dövrə, XVIII tur

    31 yanvar

    14:30. "Kəpəz" – "Şamaxı"

    Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.

    VAR: Fərid Hacıyev.

    AVAR: Asiman Əzizli.

    Hakim-inspektor: Munis Abdullayev.

    AFFA nümayəndəsi: İlham Əliyev.

    Yevlax şəhər stadionu

    17:00. "Zirə" – "Sabah"

    Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov.

    VAR: Rəvan Həmzəzadə.

    AVAR: Rəhman İmami.

    Hakim-inspektor: Orxan Məmmədov.

    AFFA nümayəndəsi: Erkin Hüseynov.

    Zirə İdman Kompleksinin stadionu

    Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib. XVIII tura fevralın 1-də yekun vurulacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR