Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3989,0 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki illə müqayisədə 8,7% çoxdur.
Xidmətlərin 69,2%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 32,4%-i və ya 1290,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.