AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sipark”ın adı yeni qalmaqalda: - BU DƏFƏ TELEVİZİYALARI ALDATDI

  • + A
  • - A
  • 29-03-2019, 14:35

    “Sipark”ın adı yeni qalmaqalda: - BU DƏFƏ TELEVİZİYALARI ALDATDI















    Son illər "Sipark” tikinti şirkətinin və onun rəhbəri Seymur İsayevin adı müxtəlif qalmaqallarda çəkilir. Seymur İsayev bu dəfə televiziyaları, prodakşnları aldatmaqla gündəmə gəlib.

    7NEWS.az verdiyi xəbərə görə, "Sipark” şirkəti ilə "Baku Art Lab" şirkəti arasında reklam anlaşması olub. Bu anlaşmaya əsasən "Sipark” şirkətinin Azad Azərbaycan Televiziyasında reklamı getməli idi. İlkin razılaşma olur və reklam 9 həftə davam edir. Bu barədə məlumatı "Baku Art Lab" şirkətinin rəhbəri də təsdiq edib. Onun sözlərinə görə, razılaşma olunduqdan sonra müqaviləni imzalanması üçün müraciət olunub: "Biz müqavilə üçün müraciət etdik, dəfələrlə "Sipark” şirkətinin əməkdaşları heç bir problemin olmadığını, sadəcə zaman baxımından rəhbərliyin başı qarışıq olduğunu deyirdilər. Reklamın keyfiyyəti, təsiri, təsviri və digərə texniki elementləri ilə bağlı isə heç nə demirdilər. Sadəcə mütəmadi olaraq hər şey yaxşıdır, əməkdaşlığa davam edirik, müqaviləni də rəhbərliyin başı açılan kimi həll edəcəyik deyirdilər. Proses bu formada 9 həftə davam etdi. Ondan sonra mən 14000 azn və 1750 azn, bütövlükdə 15750 manat vəsait ödənilməli olduğunu dedim. Bu zaman oranın əməkdaşları başqa söhbətlər eləməyə başladılar. Müqavilə yoxdur, reklam xoşumuza gəlmədi falan dedilər. Məhz bundan sonra reklamı televiziyadan mən çıxardım. Biz birinci dəfə idi ki, bu formada biabırçılıqla rastlaşırdıq. Əvvəla əgər razı deyildinsə niyə müqavilənin imzalanmasını uzadırdın? Elə əvvəlcədən deyərdiniz istəmirik. İkincisi, əgər reklam reytinqi sizin xoşunuza gəlmirdisə niyə 9 həftə gözləmisiniz? 9 həftə ölkənin ən nüfuzlu kanalında reklamın getməsi elə-belə iş deyil. Burada müəyyən komanda işləyib, hamsı evlərinə, ailələrinə çörək aparırlar. Ayıbdır axı. Bəli, biz borc-xərc tapıb televiziyanın pulunu ödəmişik. Çünki bizdə kişi sözü hər şeydən üstündür. Bütün dediklərimi sübüt da edə bilərəm. Bizdə yazışmalar var, səslər var.”

    7NEWS.az məsələ ilə bağlı "Sipark” şirkətinin mətbuat katibi İradə Nurəddinqızı ilə əlaqə saxlayıb. İ.Nurəddinqızı yeni təyin olunmasına baxmayaraq məsələ ilə bağlı məlumatlı olduğunu deyib. Təəssüf ki, o da "Sipark” əməkdaşlarının ədalətsiz mövqeyini müdafiə edərək müqavilənin olmadığını, yalnız 1 ayın ödənişinin mümkün ola biləcəyini deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR