AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatın gözqamaşdıran oteli və başqa mülkləri – Fotolar

  • + A
  • - A
  • 8-04-2019, 11:11

    Deputatın gözqamaşdıran oteli və başqa mülkləri – Fotolar














    Avropada yaşayan müstəqil jurnalist Cavanşir Həsənli deputat Əsabil Qasımovun Bakıdakı otelinin və mülklərinin fotolarını paylaşıb.
    O bildirib ki, deputata məxsus 18 mərtəbəli “MARİNE PLAZA” oteli Bakının mərkəzində, Zərifə Əliyeva küçəsində yerləşir.

    “Elə də böyük gəlməsin, aysberqin görünməyən hissəsi Rusiyadadır”, – deyə jurnalist yazıb. Onun sözlərinə görə, Ə.Qasımovun biznes və mülkləri isə bununla bitmir: “”Karat Holdinq” (tərkibinə “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC; “Azinvest” tikinti şirkəti; “Everest-M” daxildir), Hökməlidə makaron və kisə fabriki;

    “ASTEL” MMC; taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində);

    “Gəncə Fatoğlu” (un dəyirmanı);

    Bakının Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran;

    Səməd Vurğun küçəsində “Ağ saray” binası;

    Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21 və Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina;

    İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina;

    Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina;

    Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” də deputata məxsusdur”.

    Deputat yayılan məlumatla bağlı heç bir açıqlama verməyib. (editor.az)

    Deputatın gözqamaşdıran oteli və başqa mülkləri – FotolarDeputatın gözqamaşdıran oteli və başqa mülkləri – FotolarDeputatın gözqamaşdıran oteli və başqa mülkləri – FotolarDeputatın gözqamaşdıran oteli və başqa mülkləri – FotolarDeputatın gözqamaşdıran oteli və başqa mülkləri – Fotolar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR