AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏRTƏT RAYON TƏHSİLİNİ VİRAN QOYANLAR - Sadə kənd məktəbinin direktoru olasan…

  • + A
  • - A
  • 19-03-2017, 13:10

    TƏRTƏT RAYON TƏHSİLİNİ VİRAN QOYANLAR - Sadə kənd məktəbinin direktoru olasan…















    Bir dövlətin uğuru, dirçəlişi və uzunömürlüyü onun təhsilindədir. Bu gün isə Azərbaycan Respublikasında möhtərəm Prezidentimiz İlham Əliyevin və onun etimad etdiyi Təhsil Naziri Mikayıl Cabbarovun səyləri nəticəsində, Azərbaycanın hər bir bölgəsində təhsilin inkişafında yüksəlişlərin olduğunu görmək mümkündür. Hər bir işdə olduğu kimi təhsilimizdə də yarımçıq qalan görülməmiş işlər var. Qalan işlərin əslində təhsilimizin geriləməsində rolu olmadığından bunu hiss etməmək təbbidir. Yenə də qeyd etmək istərdik ki, bu qədər görülən işlərin qarşısında təhsil sisteminə aidiyyatı olmayan şəxslərə görə, dövlət planı geriləməkdədir. Ölkə rəhbərinin dəfələrlə qeyd etməsinə baxmayaraq bəzi-bəzi rayonlarda və şəhərlərdə korruptiv xarakterli şəxslərin sayəsində təhsilin irələməsində maniəllər yaranmaqdadır. Tərtər rayonu və Qobustan rayonlarında təhsilin acınacaqlı durumda olması artıq bütün media mənsublarına o cümlədən cəmiyyətə məlumdur.

    Xatırladaq ki, dəfələrlə Tərtər rayon təhsilinin hansı durumda olduğunu sizlərə çatırmışdıq. Cəmiyyətdə baş verən bir çox sosial problemlərin mayasında təhsil dayandığı sirr deyil. Azərbaycanda təhsil siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Mükəmməl strategiya, uzunmüddətli proqram işlənib hazırlanıb. Bugün də təhsil sahəsinə Prezident İlham Əliyev xüsusi diqqət ayırır. Yəni ölkə başçısı üzərinə düşəni dövləti, xalqı naminə edir. İşin digər tərəfi isə bu siyasəti cəmiyyətə tətbiq edənlərin, yəni icraçıların üzərinə düşür. Etimad göstərilib amam bu etimadı doğrultmayanlar media vasitəsi ilə cənab prezidentimizin diqqətinə çatırılmaqdadır.(bakunews.az)Prezidentimiz qeyd edib ki: “cəmiyyətdə neqativ halların cərayan etməsini mənə çatıran jurnalistlər mənim dostumdur”. Bütün bu baş verənlərin düzəlməsinə, bu şəxslərin tutduğu əməllərindən daşınaraq düz yola gəlməsinə, bir növ islah olunmalarını gözləyən rəhbər dəqiqliklə desək, bu şəxslərə həyatlarının ikinci şansını verir. Amma təsüflər olsun ki, onlar bu bağışlanmaya layiq olmadıqlarını əməlləri ilə sübut edirlər. İcraçılar layiqincə vəzifə borclarının öhdəsindən gələ bilmədiklərini etiraf etməkdə belə acizdirlər.

    Problem nədir...? Niyə təhsil sahəsi bu qədər diqqət və qayğıya rəğmən uçuruma doğru gedir...? Niyə hələ də direktorlar məktəbə market, rektorlarlar universitetə supermarket kimi baxırlar…? Suallar çoxdur. Cavab isə çox sadədir, cahilik və rüşvət. Cəmiyyətdə ən çox bəlalara yol açan bu iki məvhum heçdə insanlara dostluq münasibəti bəsləmirlər…

    Amma son ayların təhsildə sürətlə yayılan rüşvət və korrupsiya halları azalmaq bilmir. Korrupsiyaya qurşanan bir sıra “təhsil” işçiləri Azərbaycan gənclərinin savadları ilə dünyaya açılan pəncərə rolunu oynamasına maniədir... Bütün bunların təməli isə orta məktəbdən ali məktəblər gedib çıxmaqdadır.

    Tərtər rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyevlə və Seydimli kənd tam orta məktəbinin direktoru Nurəddin İbrahimovun qeyri-qanuni apardıqları əməlləri gün keçdikcə açılmaqdadır.

    Belə ki, keçən yazılarımızda Seydimli kəndinin direktoru N.ibrahimovun Tərtər rayon 1 saylı şəhər məktəbinə adaxlı çıxması ilə açıldı. 1 saylıya director olmaq üçün 35 min vermək istəməsi bütün təhsili silkələdi. Silsilə olaraq Bakunews.az-da RTŞ-nin müdiri Surxay Mirzəyevin tutduğu əməlləri və təhsildəki ticarəti ilə bağlı yazıların hardan məlumat verildiyini araşdırmağa cəhdlər etmişdir. Amma mənbənin tərəfimizdən verilmədiyini görən Surxay müəllim RTŞ də qovma əməliyatına əl atməşdır. Bu minvala isə rüşvət ilə satışa çıxardığı kreslonun layiqli şəxsə deyil pula verməsi arzusu ilə, mənbə kimi şübhələndiyi köməkçisi Ülvü Teymurovu işindən azad edib. Bununla ürəyindəki qəzəbi soyumayan RTŞ müdiri qovduğu əməkdaşının atasının da dövlət quluğundan azad edilməsini icra hakimiyyətindən xahiş edib. Tərtər rayon icra hakimiyyətinin səlahiyyətliləri isə S.Mirzəyevin xahişini nəzərə alaraq məmuru işdən azad ediblər.

    Məsələ ilə bağlı bakunewws.az-ın mövqeyi isə bundan ibarətdir: Mənbə ovuna çıxmaqdansa kadr ehtiyacınızın olduğunu və aylarla boş qalan director postunu layiqli sahibinə verilməsini təmin edəsiniz SURXAY MİRZƏYEV!

    Seydimli Kənd məktəbinin direktoru Bakı şəhərində normal evin qiymətinə şəhər məktəbinə təyinat almaq niyyətindən xəbər verməkdədir.
    Tərtər rayon təhsildə rüşvət yoxdur deyən şöbə müdiri Surxay Mirzəyevə sual etmək istərdik. Bəs bu şəxs niyə 35 min verir..? o pulu ki qazana bilməyəcək niyə sərmayə yatırsın ..? cənab RTŞ müdiri siz direktorunuza sual etmisinizmi ki, 35 min manatı hardan necə yığıb. Olmaya Nürəddin İbrahimovun, Tərtər şəhər İcra Nümayəndəliyinin rəhbəri Sahib müəllimlə qohumluq əlaqələri olduğundan onların yüksək məbləğlər verərək vəzifə sahibi olmaq haqları vardır…?

    Seyidimli kəndinin məktəbindən azda olsa sizə xəbər verək məktəbdə TƏHSİL yox dərəcəsindədir. Bu məktəb uşaq sayına görə balaca olduğu qeyd edilmiş məlumatlardada öz əksini tapmışdır. Buna görədə məktəb binasına bir il bundan öncə Təhsil Nazirliyi tərəfindən əlavə korpusun tikilməsi üçün maliyyə ayrılmışdır. Tikinti hansı podratçı şirkət tərəfindən həyata keçirildiyini deyə bilmərik. Amma onu qeyd etmək olar ki, binanın tikintisi zamanı rəqəmlər yetəri qədər şişirdilmişdir. Mümkünsüz bir rəqəmlər meydana çıxıb ki bunuda gələn yazımızda rəqəmlərlə sizlərə təqdim edəcəyik...
    Bir ildir istifadəyə verilən əlavə məktəb binasında N. İbrahimov dərs keçirilməsinə rəy vermir. Bəhanələrsə çoxdur sadalamaqla bitməz.

    Sadə kənd məktəbinin direktoru olasan…

    Rüşvətin olmadığı kənd məktəbində direktor 2002 – 2003 model Hundai ix35 model jeep sürür. Bu məlumatı eşitdikdə bizdə ilkin olaraq normal qarşıladıq. Amma daha sonar məlumatlarda 35 min direktorluğa təklif iddiası olan bir məktəb direktorunun 30.000 dəyərində avyomobilinin olması üstəlikdə o qədərdə vəzifə ünvanını dəyişmək üçün təklifi istər istəməz bu bulağın gözü hardandır deyə sual çıxır meydana. Araşdırmalarımızda Nürəddin müəllimin şəhər merinin qohumu olması və rayonda ona gözün üstə qaşın var deyə biləcək şəxs tapmaq mümkün deyildir. Bütün bunları kənd sakinlərinin nəzərindən yayınmamaqdadır. Onlarında iradları ondan ibarətdir ki, məktəb direktoru bahalı maşında gündə bir restoranda məktəbdə isə her şeyə görə pul yığmaqlar. Bütün bu narazılıqlar isə direktorun vecinədə deyil. 9 sinif şagirdlərindən yığdığı 6 manatdan pulları kiminlə necə bölübsə sınaq testləri adlı nazirliyin adından sui-istifadə ciblərini doldurmaqa ancaq yetib.

    Belə ki, Nürəddin İbrahimov qohumu Tərtər şəhər İcra Nümayəndəliyinin rəhbəri Sahib müəllimə arxalanaraq rayonda hər şeyi özünün şəxsi mülkü sanır. RTŞ-nin rəisi S.Mirzəyevin göstərişi əsasında nazirlik sınaq testləri keçiri adı ilə məktəblərdən qeyri qanuni pullar yığılıb. Seydimli kənd məktəbinin də 9-cu sinif şagirdlərinin, hər birindən altı manat yığaraq “Bərdə” hazırlıq kursları ilə anlaşıb sınaq testi keçirilib. Qanunla isə Nazirliyin göstərişi ilə baştutan sınaq testlərinin cavabları sinif jurnalarında şagirdlərin sdlsrının qarşısında qeyd edilməlidir. Bütün bu qanunsuzluqları həyata keçirən şəxslər isə bu gün vəzifələrinə və arxalarındakı vəzifəli qohumlarına güvənməkdədirlər. Necə deyərlər daydaysı var kef edir.

    Şəhər İcra Nümayəndəliyinin rəhbəri Sahib müəllimin fəaliyyətinə gəldikdə isə N.İbrahimovdan fərqlənmir. Bir fərq ola bilər ki, Nürəddin 2 manat, 6 manat alır Sahib isə 2 min – 3 min. Rayonun sahibi kimi, Sahib müəllim özünə məxsus ad çıxarıb. Əgər hər hansı bir tikinti və ya biznes qurmaq istəyirsənsə mütləq Sahib müəllimlə hesablaşmalısan. Yoxsa tikdiyin evdə biznesdə başına ucurula bilər. Tikintilərə rəy vermək cibdən keçirmiş bunuda Tərtər rayon bəzi məmurların deyimindəndir.

    Araşdırmamız davam edir…


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR