AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlərin, oliqarxların viran qoyduğu federasiyalar - Aldadıb cəlb edirlər, sonra ...

  • + A
  • - A
  • 1-04-2017, 12:47

    Nazirlərin, oliqarxların viran qoyduğu federasiyalar - Aldadıb cəlb edirlər, sonra ...
















    Yeniçağ.az saytı oxucularına adı kağız üzərində olan federasiyalarla bağlı xəbər vermişdi.

    Həmin xəbərə əsasən, fəaliyyəti olmayan bəzi federasiyalar Gənclər və İdman Nazirliyinə saxta təqvim planı təqdim edərək, guya dünya, Avropa və beynəlxalq turnirlərə gedəcəklərini bildirir və nəticədə dövlətdən külli miqdarda pul alırlar.

    Sözügedən federasiyalarla bağlı mövzunu davam etdirərək bu dəfə həmin qurumların əsas sahibləri ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, onların bir çoxu heç də adi şəxslər deyil.

    Azərbaycan Badminton Federasiyası nazirliyə təqdim etdiyi planda ölkə xaricində 5 yarışa gedəcəyini bildirib. Lakin hazırda bizim heç badminton üzrə milli komandamız yoxdur. Badminton olimpiya idman növü olsa da nədənsə, ölkəmizdə inkişafı ilə bağlı heç bir iş görülmür. Qeyd edək ki, qurumun rəhbəri təhsil naziri Mikayıl Cabbarovdur. Bu gün federasiyanın sadəcə adı var. Badminton olimpiya idman növü olsa da nədənsə, ölkəmizdə inkişafı ilə bağlı heç bir iş görülmür.

    Azərbaycanda inkişafı qeyri-mümkün sayılan Dağ Xizəyi idman növü GİN-ə təqvim planı təqdim etməsə də federasiya olaraq fəaliyyət göstərirlər. Heç bir işə yaramayan Azərbaycan Dağ Xizəyi Federasiyasının rəhbəri milyonçu İsgəndər Xəlilovun oğlu Rauf Xəlilovdur.

    Azərbaycan Boulinq Federasiyası da sadəcə, kağız üzərində fəaliyyət göstərir. Qurumda nə idmançı var, nə də milli komanda… Ümumiyyətlə, bu idman növü ölkəmizdə sadəcə, əyləncəvi bir oyun kimi fəaliyyət göstərir desək, yanılmarıq. Azərbaycan Boulinq Federasiyasının rəhbəri isə oliqarx İsgəndər Xəlilovun qardaşı Cavanşir Xəlilovdur.

    Azərbaycan Bilyard İdmanı Federasiyası bu il nədənsə GİN-ə öz təqvim planını təqdim etməyib. Sadəcə adı olan, normal bir oyunçu yetişdirə bilməyən qurumun rəhbəri SOCAR-da rəis olan İlham Aslanovdur.

    Azərbaycan Dama Federasiyası da heç bir işə yaramayan qurumlardandır. Adı var özü yox… Dama federasiyası bu il üçün nazirliyə təqdim etdiyi təqvim planında guya 9 beynəlxalq yarışa gedəcəyini bildirib. Qurumun rəhbəri tanınmış rejissor Vaqif Mustafayevdir.

    Azərbaycan Stolüstü Tennis Federasiyası da badmintonçular kimidir. Bu Federasiyanın da nə işə yaradığı heç kimə məlum deyil. Onlar da Gənclər və İdman Nazirliyinə öz təqvim planını göndərib. Təqvimə görə, stolüstü tennisçilər 13 beynəlxalq yarışda iştirak etməlidirlər. Amma heç bir yarışdan səsləri gəlmədi. Bu qurumun rəhbəri isə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevdir. Deyəsən, nazir federasiya ilə maraqlanmağa vaxt tapmır.
    Spiker Oqtay Əsədovun rəhbəri olduğu Azərbaycan Tennis Federasiyası da nədənsə idmançılara qapını bağlayıb. Qurumun Akademiyasında “məskunlaşanlar” yemək bişirmək, qəlyan hazırlamaq və gül satmaqla məşğuldurlar.

    Adını deməkdə çətinlik çəkdiyimiz Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası da kağız üzərində fəaliyyət göstərir. Qurumda normal idmançı yoxdur. Federasiyanın rəhbəri “Putin İlham” kimi tanınan İlham Rəhimovdur. Bir vaxtlar bu federasiyanın üzvü olanların sözlərinə görə, qurum rəhbərliyi insanları aldadaraq cəlb bura cəlb edir. İdmançılara sonradan yaxşı şərait vəd olunsa da heç bir sözə əməl olunmadı.

    Azərbaycan Konkisürmə Federasiyası da digərlərinin aqibətini yaşayır. Bu qurumun rəhbəri isə iş adamı İsgəndər Xəlilovun özüdür.

    Azərbaycan Üzgüçülük Federasiyası da üzümüzü “ağartmayan” qurumlardandır. Millət vəkili Xanlar Fətiyevin rəhbəri olduğu qurum nədənsə, gözə dəyəcək bir uğur qzanmır. Bundan əlavə X.Fətiyev hər böyük səviyyəli yarış öncəsi qurumdakılara xüsusi tapşırıq verir ki, xaricdən bir idmançı alsınlar. Həmin idmançılar da pulu aldıqdan sonra bayrağı qaldırmağı “unudurlar”. İstər Olimpiya, istər Avropa Oyunlarında ən sonuncu yeri tutmaqla kifayətlənirlər. Ad olur ki, idmançımız yarışa çıxdı…


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR