AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keçmiş nazir: Müəllimlərin maaşı artıb

  • + A
  • - A
  • Bu gün, 14:46

    Keçmiş nazir: Müəllimlərin maaşı artıb

    Misir Mərdanov təhsil sahəsindəki yeniliklərdən danışıb

    Keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatları və mövcud problemləri şərh edib.

    AZƏRTAC-a açıqlamasında o bildirib ki, təhsil sahəsində problemlər bütün ölkələrdə mövcuddur. M.Mərdanov xüsusilə müəllimlərin əməkhaqqı məsələsinin vaxtilə əsas problemlərdən biri olduğunu deyib.

    Onun sözlərinə görə, hazırda müəllimlərin əməkhaqqının artırılması istiqamətində mühüm addımlar atılır və bu artım ilbəil davam edir. Məktəb direktorlarının maaşlarının artırılması da müsbət hal kimi qiymətləndirilib.

    M.Mərdanov qeyd edib ki, beynəlxalq təcrübə öyrənilərək ölkədə tətbiq olunur, dərslik və dərs vəsaitlərinin hazırlanmasına ciddi diqqət yetirilir. O, həmçinin kurikulum islahatının davam etdiyini və məktəblərin müasir avadanlıqlarla təmin olunduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR