AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya çempionatında 3 azərbaycanlı cüdoçu mübarizə aparır

  • + A
  • - A
  • Bu gün, 12:40

    Dünya çempionatında 3 azərbaycanlı cüdoçu mübarizə aparır

    Hidayət Heydərov növbəti mərhələyə adlayıb

    Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının üçüncü günündə Azərbaycan millisinin üç üzvü tatamiyə çıxıb.

    Qadınların 57 kq çəki dərəcəsində Xədicə Qədəşova 1/32 finalda Janar Joldosyeva ilə qarşılaşacaq.

    Kişilərin 73 kq çəki dərəcəsində Hidayət Heydərov 1/32 finalda Kosovo cüdoçusu Akil Qyakova ilə üz-üzə gəlib. Olimpiya və dünya çempionu bu görüşdən qalib ayrılıb.

    Heydərov 1/8 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə qarşılaşacaq.

    Rəşid Məmmədəliyev isə 1/16 finalda Adil Osmanov – Castin Lemir görüşünün qalibi ilə mübarizə aparacaq.

    Yarışın təsnifat mərhələsi saat 10:30-da, final bloku isə 18:00-da başlayacaq. Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR