Qubada iki nəfər narkotikə görə həbs edildi

Onlardan 19 kiloqram narkotik vasitə götürülüb
Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Quba RPŞ-nin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R. Əliyev və S. Talıbov saxlanılıblar.
Araşdırma zamanı həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.