Şərəfli həyat yolu, layiqli iş - Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov - ÖZƏL
Sərdar Şərifov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovdur.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Bu gün Azərbaycanda musiqinin, mədəniyyətin, incəsənətin inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Ölkəmizdə gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda bu sahələrin inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında musiqi və mədəniyyət sahələrində maarifləndirmə işinin aparılması, onların bu sahələrə cəlb olunması bu məsələdə əsas xətt sayılır. Beynəlxalq təcrübədən bəllidir ki, istənilən sahənin inkişafı üçün maddi-texniki təminat məsələlərinin uğurla həlli və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır. Ölkəmizdə belə nüfuzlu təhsil müəssisələrindən biri olan və tanınmış məzunları ilə fəqrlənən Şəki Musiqi Kolleci son illər bu tədris ocağına rəhbərlik edən Sərdar Şərifovun diqqət və qayğısı sayəsində daha böyük uğurlara imza atıb.
Şəki Musiqi Kolleci respublikamızın şimal-qərb bölgəsində orta ixtisas təhsilli musiqiçi kadrlar hazırlayan yeganə təhsil müəssisəsidir. Fəaliyyət göstərdiyi 57 il ərzində bu təhsil müəssisəsində 6 minə yaxın musiqiçi kadr hazırlanıb. Kollecin məzunları arasında tanınmış bəstəkarlar, musiqiçilər vardır. Şəki Musiqi Kollecində əsas və orta təhsil bazaları əsasında 400-ə yaxın tələbə təhsil alır. Kollecdə instrumental ifaçılıq (alətlər üzrə), xanəndəlik, xor dirijorluğu, musiqi nəzəriyyəsi və xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə) ixtisasları üzrə mütəxəssislər hazırlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şəki Musiqi Kolleci Şəki Pedaqoji Kolleci ilə birləşdirilərək Şəki Dövlət Regional Kolleci adlandırılıb.
Şəki Pedaqoji Kollecinin əsası isə 1920-ci ilin oktyabr ayında qoyulub. Oğlan və qız seminariyası kimi fəaliyyətə başlayan Şəki Pedaqoji Kolleci respublikamızın ümumtəhsil müəssisələri üçün yüksək ixtisaslı müəllim kadrları hazırlanması sahəsində uğurlu fəaliyyət göstərib. Məktəbin yaradılmasında respublikamızın görkəmli maarıf xadimi Rəcəb Əfəndiyevin böyük rolu olub. İki kollecin birləşdirilməsi zamanı yaradılan Şəki Dövlət Regional Kollecinin direktoru vəzifəsinə ən real namizəd kimi Sərdar Şərifovun hesab olunur. Şəkidə hamı ümid edir ki, Sərdar Şərifovun güclü idarəetmə bacarığı sayəsində kollec qısa vaxt ərzində daha böyük uğurlara imza ata bilər. Çünki, hamıya məlumdur ki, Sərdar Şərifovun rəhbərliyi ilə Şəki Musiqi Kollecində tədrisin yüksək səviyyədə aparılması və cəmiyyətimiz üçün savadlı kadrların yetişdirilməsi məqsədilə mühüm işlər görülmüşdür. Kollecin direktoru Sərdar Şərifov təhsil ocağının maddi-texniki bazasının gücləndirilməsi üçün xeyli işlər görüb, daxili imkanlar hesabına təmir-bərpa və yenidənqurma işləri aparıb. Təhsil ocağına yeni invertar avadanlıq və kompyuterlər gətirilib.
Sərdar Şərifovun rəhbərliyi dövründə kollecin tələbələrindən qanunsuz şəkildə pul yığılması hallarının qarşısı alınıb, imtahanlar zamanı rüşvət kimi xoşa gəlməz halların baş verməməsi üçün tədbirlər görülüb. İmtahanların şəffaflığı hər zaman təmin olunub. Sərdar Şərifovun diqqət və qayğısı sayəsində kollecin istedadlı tələbələri müxtəlif musiqi müsabiqələrində və konsertlərdə iştirak edərək kolleci uğurla təmsil ediblər. Şəki Musiqi Kolleci nümunəvi orta ixtisas təhsili müəssisəsi kimi respublikada tanınıb və daim ünvanına təşəkkür məktubları gəlib.