AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclis iki qanunda ekoloji tələbləri müəyyənləşdirir

  • + A
  • - A
  • 2-06-2020, 06:06

    Milli Məclis iki qanunda ekoloji tələbləri müəyyənləşdirir
    “Sanitar-epidemioloji sağlamlıq haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlarda ekoloji tələblər müəyyənləşib.


    AzadMedia.az-ın xəbərinə görə, dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, və vətəndaşlar radioaktiv maddələrlə və digər ionlaşdırıcı şüalanma mənbələri ilə işləyərkən radiasiya təhlükəsizliyi normalarına və sanitariya qaydalarına, habelə radioaktiv maddələrin və digər ionlaşdırıcı şüalanma mənbələrinin çıxarılması, alınması, hazırlanması, istifadə olunması, emalı, daşınması, saxlanılması, işlədilməsi və basdırılması zamanı radiasiya təhlükəsizliyini təmin etmək barəsində digər normativ sənədlərdə göstərilmiş tələblərə əməl etməlidirlər. Radiasiya təhlükəsizliyi normaları və radioaktiv maddələrlə, digər ionlaşdırıcı şüalanma mənbələri ilə işin sanitariya qaydaları tələblərinin pozulduğu bütün hallar hökmən dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin iştirakı ilə xüsusi müzakirə edilməlidir. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilməlidir.


    Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblər də müəyyənləşib.

    Radioaktiv tullantıların daşınması, təkrar emalı və basdırılması dövlət hakimiyyəti orqanının müəyyən etdiyi ərazidə və onun səlahiyyətli nümayəndəsinin mütləq iştirakı ilə həyata keçirilir.

    Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilir.


    “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanunlarına görə təhlükəli və təhlükəsiz tullantıların, o cümlədən radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır.


    “Sanitariya-epidemioloji sağlamatlıq haqqında və radiasiya təhlükəsizliyi və radioaktiv maddələrlə bağlı müvafiq tənzimləmələr olduğundan həmin qanunlara qeyd olunan göndərici normalar daxil edilir.

    “Balıqçılıq haqqında” Qanunun 28-ci maddəsində balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən işlərin aparılması, müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizası nəzərdə tutulub. Bu cür qurğu və obyektlərin layihələndirilməsi, tikintisi və yenidən qurulması yer təkində (yer səthində və ya torpaq qatında, su obyektlərinin (sututarların) dibində) aparıldığından “Yerin təki haqqında” qanuna müvafiq dəyişiklik təklif olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR