AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır

  • + A
  • - A
  • 6-06-2020, 12:03

    Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır


    Rusiyanın hüquq-mühafizə orqanları Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırır.

    Bu barədə Ermənistanda çıxan “İrates” qəzeti yazıb.

    Qəzetin yazdığına görə, koronavirus pandemiyası ilə bağlı mövcud problemlər və korrupsiya sövdələşməsi Ermənistanın baş naziri Nikol Paşinyanın ətrafında xaos yaradıb: “Ermənistanda siqaret qaçaqmalçılığı ilə bağlı məsələni tez ört-basdır etməyə çalışsalar da, qaçaqmal siqaret dolu təyyarəni müsadirə etmiş Rusiya barəsində bunu demək çətindir”.

    Bildirilib ki, federasiyanın təhlükəsizlik xidmətinin etibarlı mənbələri bu barədə diqqətəlayiq məlumatı verib: “Qaçaqmal siqaret işi Rusiya hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Dərin və hərtərəfli araşdırma aparılır. Bu işdə Nikol Paşinyanla yanaşı, daha 17 nəfərin adı hallanır”.

    Qəzetin “bunu niyə ətraflı danışmırlar” sualına cavab olaraq vurğulanıb “Hər şeyin vaxtı var, körpələr 9 aydan sonra dünyaya gəlir. Rusiya üçün Nikol Paşinyan deyil, Ermənistan tərəfdaş dövlət və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkədir. Paşinyanın KTMT-yə qarşı atdığı addımları, Rusiyanı hansı vəziyyətə qoyduğunu başa düşməməsi öz problemidir”.

    “Ermənistandan siqaret qaçaqmalçılığının gizlədilməsi üçün bir adam Rusiyaya göndərilib” sualına mənbə cavab olaraq deyib: “Getdi, ancaq heç nə edə bilmədi”./report/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR