AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bir ölkədən Azərbaycana quş ətinin idxalına məhdudiyyət qoyuldu

  • + A
  • - A
  • Bu gün, 20:00

    Daha bir ölkədən Azərbaycana quş ətinin idxalına məhdudiyyət qoyuldu

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

    AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində məhsullarında uyğunsuzluq aşkarlanmış xaricdə fəaliyyət göstərən bir sıra istehsalçı müəssisələrdən ölkəmizə məhsul idxalına məhdudiyyət tətbiq olunub. Belə ki, Belarus Respublikasının “Птицефабрика Городок”, Rusiya Federasiyasının “Индюшкин Двор” və “Невинномысский Мясокомбинат”, Ukrayna Respublikasının “Птицекомплекс Губин”, Gürcüstan Respublikasının isə “Chirina LTD” şirkətinə məxsus quş əti məhsullarından agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində “Salmonella” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

    Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar aidiyyəti ölkələrin müvafiq qurumlarına ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə agentliyə məlumat verilməsi bildirilib.

    AQTA xaricdə fəaliyyət göstərən istehsalçı müəssisələrdən ölkəmizə məhsul idxal edən sahibkarları diqqətli olmağa və qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR