Koronavirus reytinqi: Ən təhlükəsiz ölkələr...
"Forbes" jurnalı "Deep Knowledge Group"un hesabatına əsasən, koronavirusa yoluxma kriteriyalarına görə ölkələrin reytinqini açıqlayıb.
AzadMedia.az Axar.az-a istinadən xəbər verir ki, ekspertlər karantinin effektivliyi, yoluxmuş insanları müəyyənləşdirmək üçün görülən tədbirlərlə bağlı ölkələrin reytinqini hesablayıb, həmçinin iqtisadiyyatın davamlılığını qiymətləndirib.
Reytində əsasən, İsveçrə ən təhlükəsiz ölkə seçilib. İkinci yerdə Almaniya, 3-cü yerdə isə İsrail dayanıb.
Liderlər siyahısında Sinqapur, Yaponiya, Avstriya, Çin, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya yer alıb.
Koronavirusla bağlı ən pis vəziyyət isə Afrika və Cənubi Amerika ölkələrindədir.