AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda koronavirusa yoluxanların yaş göstəriciləri açıqlandı

  • + A
  • - A
  • 9-06-2020, 21:00

    Azərbaycanda koronavirusa yoluxanların yaş göstəriciləri açıqlandı
    "Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına gəlincə, bu göstərici 50-59 yaş arası 21%, 30-39 yaş arası 18%, 40-49 yaş arası 15% təşkil edir".

    Redaktor.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, müşahidələr artan dinamikada gənclərin payının çox olduğunu göstərir: "Gənc yaşda olan insanların virusa yoluxması artıb və onlar xəstliyi ağır keçirdirlər. Əvvəl ağır xəstələr əsasən yanaşı gedən xəstliyi olanlar idisə, bu gün gənc yaşda olanlar da xəstəliyi ağır keçirir. Bu da evdə özünü müalicəyə cəhd edənlər arasında müşahidə olunur. Qadınlar arasında yoluxma 54%, kişilər isə 46 faizdir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR