“Azərbaycanda koronavirusa kütləvi yoluxmalar ictimai nəqliyyatda, iaşə obyektlərində məsafənin saxlanılmaması, marketlərdə növbələrin gözlənilməməsi nəticəsində baş verib”.
AzadMedia.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.