AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu müəllimlər işdən çıxarılacaq? – Nazirlik açıqladı

  • + A
  • - A
  • 14-06-2020, 16:20

    Bu müəllimlər işdən çıxarılacaq? – Nazirlik açıqladı

    Müəlllimlərin yerdəyişməsi müsabiqəsində uğur qazanmayanlar işlədikləri məktəbdə vəzifəsindən azad edilmirlər.

    Axar.az Trend-ə istinadla xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

    M.Camalzadə bu məsələnin aydınlaşdırılması üçün müəllimlər tərəfindən də onlara müraciətlərin olduğunu söyləyib:

    “Yerdəyişmə müsabiqəsi bir sınaqdır. Uğur qazanmadığı halda namizədin iş yerini itirməsi hüquqi cəhətdən düzgün deyil”.

    M.Camalzadə əlavə edib ki, yerdəyişmə nəticəsində uğur qazanaraq yeni vakant yer tutan müəllim əvvəlki əsas iş yerini itirir:

    “Sənəd qəbuluna baxdıqda da görürük ki, bizdə belə hallar olur. Bəzən namizədlər əsas iş yeri olaraq, müddətli əsaslarla işlədikləri müəssisənin adını qeyd etmək istəyirlər. Amma yerdəyişmə zamanı namizəd əsas iş yerini dəyişdirərək başqa əsas iş yerinə getməlidir. Başqa sözlə, müəllim müddətsiz əsaslarla işlədiyi bir müəssisədən başqa müəssisəyə iş yerini dəyişir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR