AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müəllim işləmək istəyənlərin diqqətinə... - Video

  • + A
  • - A
  • 27-05-2017, 11:49

    Müəllim işləmək istəyənlərin diqqətinə... - Video

















    Zəif müəllimlər işdən çıxarılacaq. Bu qərar diaqnostik qiymətləndirmənin nəticələrinə görə veriləcək. Bununla yanaşı bu il 6 mindən çox müəllimin işə qəbulu gözlənilir

    Bugünə kimi Azərbaycanda Təhsil Nazirliyi tərəfindən 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçirilib. Bununla yanaşı Təhsil Nazirliyi yeni müəllimlərin işə qəbuluna hazırlaşır.

    Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə deyib ki, diaqnostik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb ediləcək və nəticələrini yaxşılaşdırmaları üçün onlara şans veriləcək. Qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər isə məktəblərdən ixtisar olunacaq.

    Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi başlayıb. ilkin olaraq müəllimlərin iş yerinin eyni rayon daxilində yerdəyişməsi aparılacaq, növbəti mərhələdə isə bir rayondan digər rayona yerdəyişmə olacaq.

    Yerdəyişmə prosesi 26 may-15 iyun tarixlərində həyata keçiriləcək.(xezerxeber.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR