AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyanın Rusiyaya səfəri hazırlanır – Peskov

  • + A
  • - A
  • Bu gün, 16:23

    Paşinyanın Rusiyaya səfəri hazırlanır – Peskov


    Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ilə bağlı hazırlıq işləri aparılır. Səfərin tarixi barədə əlavə məlumat veriləcək. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    “Biz səfərə hazırlaşırıq. Bu səfər daha əvvəl razılaşdırılıb. Əlavə məlumat verəcəyik”, – deyə Peskov çərşənbə günü jurnalistlərə açıqlamasında “İnterfaks”ın sualını cavablandırarkən bildirib.

    Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan ilkin razılaşmaya əsasən, dekabrın 3-də Moskvaya səfər etməyi planlaşdırdığını açıqlamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR