AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanın Baş nazirinin Azərbaycana rəsmi səfəri gözlənilir

  • + A
  • - A
  • Bu gün, 16:32

    Gürcüstanın Baş nazirinin Azərbaycana rəsmi səfəri gözlənilir

    Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin gələn il Azərbaycana rəsmi səfəri planlaşdırılır.

    Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıya səfəri zamanı açıqlama verib.

    Nazirin sözlərinə görə, 2027-ci ilin əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tbilisiyə səfəri də gözlənilir. Bununla yanaşı, Gürcüstan hökuməti Baş nazir İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfərinə hazırlığa başlayacaq.

    Maka Boçorişvili qeyd edib ki, bu səfərlər iki ölkə arasında siyasi münasibətlərin gündəliyində mühüm yer tutacaq.

    Xatırladaq ki, Gürcüstanın XİN rəhbəri Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR