Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə iyunun 24-də Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti Rusiyaya yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadmedia.Az-a bildiriblər ki, Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirəcəklər.
Hərbi paradda hərbçilərimizin ölkəmizdə istehsal edilmiş silahlarla təntənəli keçidi olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.