Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 10 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib, 4 463 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 5 052 koronavirus testi aparılıb.
Hazırkı dövrədək ölkəmizdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 386 898 test aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.