AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SPIKER 7 YAŞLI ŞƏMKIR SAKINININ ƏMƏLIYYATINA YARDIM ETDI

  • + A
  • - A
  • 16-06-2020, 11:45

    SPIKER 7 YAŞLI ŞƏMKIR SAKINININ ƏMƏLIYYATINA YARDIM ETDI
    Sağlamlıq imkanları məhdud olan iki nəfər rayon sakininə isə əlil arabası verilib.

    98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirir.

    AzadMedia.az xəbər verir ki, bu günə qədər keçirilən videoqəbullarda seçicilər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına sorğular göndərilib, bir qisim məsələlər isə artıq öz həllini tapıb. O cümlədən, Milli Məclisin deputatına sağlamlıq imkanları məhdud olan iki nəfər rayon sakininə əlil arabalarının verilməsi ilə bağlı müraciət də artıq müsbət həllini tapıb. Belə ki, Şəmkir şəhər sakini Şirxan Aslanov millət vəkili S.Qafarovaya müraciət edərək övladı Nuru Aslanov üçün əlil arabası verilməsini xahiş edib. Bu müraciət dərhal müsbət cavablandırılıb və N.Aslanova əlil arabası verilib.

    Digər sakin Durna Rzayeva da eyni xahişlə Milli Məclisin deputatına müraciət edib. Onun da müraciəti müsbət cavablandırılıb və D.Rzayeva əlil arabası ilə təmin edilib.



    Milli Məclisin deputatı Sahibə Qafarova hər iki ailə ilə telefon vasitəsilə əlaqə saxlayaraq onlara ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində ölkə vətəndaşlarının mənafeyi dayandığını, Birinci vitse – prezident hörmətli Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun sağlamlıq imkanları məhdud olan vətəndaşlarımıza daim diqqət və qayğı göstərdiyini vurğulayıb. O, deyib ki, bu cür yüksək humanist davranış hər birimiz üçün örnək təşkil etməlidir.

    Şəmkir rayon sakini Novruzova Gülnar Nazim qızı isə övladının əməliyyatına dəstək göstərilməsi üçün müraciət edib. Qeyd edək ki, G.Novruzovanın övladı 2013-cü il təvəllüdlü Mələk Həsənova ayaqlarına qaynar su tökülməsi nəticəsində ciddi yanğın xəsarətləri alıb. Uşağın sağlamlığı ilə bağlı risklər yarandığından həkimlər onun əməliyyat olunmasını məsləhət biliblər. Sahibə Qafarovanın təşəbbüsü ilə Mələk Həsənova Bakıya gətirilərək 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində həmin şöbənin müdiri, həkim-cərrah Şöhrət Məmmədov tərəfindən əməliyyat olunub. Əməliyyat uğurlu keçib və artıq M.Həsənova evə buraxılıb.

    Əməliyyatdan sonra həkim-cərrah Şöhrət Məmmədovla telefonla əlaqə saxlayan Sahibə Qafarova M.Həsənovanın vəziyyəti ilə maraqlanıb və cərraha öz minnətdarlığını bildirib.

    Millət vəkili həmçinin G.Novruzovaya da zəng edərək Mələyin sağlamlığı ilə bağlı məsələləri nəzarətdə saxlayacağını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR