Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlanıb.
Qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, nazirliyin səkkiz əməkdaşı COVID-19-a yoluxub.
“Onlardan yeddisi kişi, biri qadındır. Əməkdaşlarımız sosial izolyasiya rejimində müalicələrini davam etdirirlər”.
Qeyd edək ki, bir neçə gün öncə nazirliyin üç əməkdaşında koronavirus aşkarlanmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.