Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi AÇIQLANDI
Milli Məclisin novbəti plenar iclasının vaxtı məlum olub.
Milli Məclisin mətbuat xidmətindən AzadMedia.az a verilən məlumata görə, iclas iyunun 23-ü keçiriləcək.
İclasın gündəliyinə 17 məsələ daxildir:
1.“Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş)
2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
3. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş)
4. İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında( ikinci oxunuş)
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)
6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)
7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)
9. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş)
10. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş)
11. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
12. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)
13. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)
14. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reysteri haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş)
15. “Qeyri-hökumət təşkilatları, (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş)
16. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş)
17. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi (birinci oxunuş)