AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov: Öz hərbi potensialına görə Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır

  • + A
  • - A
  • 26-06-2020, 20:11

    Məşhur Məmmədov: Öz hərbi potensialına görə Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır“26 İyun – Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür. Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli ordusunun yaradılmasına başlanmışdır. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan əraziləri azad etdi. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnmək, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına bacardıqca imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci ilin iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız o vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail olmuşdu”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

    M.Məmmədov bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən olmuşdur. Ordu quruculuğuna yalnız 1993-cü ildə Ümumilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra başlanıldı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Ümumilli lider Heydər Əliyevin biləvasitə rəhbərliyi ilə qısa zaman ərzində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi və təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi. Azərbaycan Ordusunun Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətindəki uğurlu əməliyyatlarını görən və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinə şahid olan düşmən cəbhədə atəşkəs rejminin tətbiq olunmasına razılıq verməli oldu. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün- 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur.

    “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş, öz hərbi potensialına görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. 2016-cı ilin Aprel döyüşlərində əldə olunan misilsiz qələbə, 2018-ci ilin may ayında Naxçıvanın Şərur rayonun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması deməyə əsas verirki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək əzmindədir. Bu bir həqiqətdir ki, Azərbaycan ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olan bir qüvvəyə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bir əmri kifayyətdir ki, ordumuz işğal olunmuş torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Son çıxışlarında cənab Prezident İlham Əliyev həmin müqəddəs günün uzaqda olmadığını bildirir”-deyə, M.Məmmədov vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR