AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkəmizdə koronavirusa qarşı aparılan mübarizə tədbirlərini hər kəs dəstəkləyir

  • + A
  • - A
  • 30-06-2020, 10:36

    Ölkəmizdə koronavirusa qarşı aparılan mübarizə tədbirlərini hər kəs dəstəkləyir

    Bu gün ölkəmizin bütün ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində, əksər dövlət qurumları aparılan mübarizə tədbirlərinə səfərbər olunduqlarından, bu yöndə lazımi uğurlar əldə olunmaqdadır. Onu da qeyd edək ki, hal-hazırda koronavirus pandemiyası nəinki Azərbaycan dövləti üçün, hətta bütün bəşəriyyət üçün ən böyük bəlalardan birinə çevrilib və dünya dövlətləri də, məhz koronavirus pandemiyasının qarşısının alınması istiqamətində ciddi tədbirlərini görməkdədirlər. Fakt budur ki, hazırda dünyanın ən inkişaf etmiş ölkələrində bu infeksiya böyük fəsadlara yollar açıb. Belə bir vaxtda Azərbaycan dövlətinin siyasi rəhbərliyi ölkə əhalisinin təhlükəsizliyi və sağlamlığının qorunması istiqamətində təxirəsalınmaz tədbirlərini həyata keçirir ki, atılan addımların başlıca məqsədi ölkə əhalisinin sağlamlığını qorumaq olur. İndiyə kimi ölkəmizin bütün ərazilərində koronovirusa qarşı vaxtında atılan addımlar, verilən müdrik qərarlar və s. bir daha onu sübut edir ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur, xalqın rifahı hər şeydən uca tutulur. Dünyanın bir parçası olan Azərbaycan Respublikasında, bu gün cənab Prezidentin rəhbərliyi altında və verdiyi tapşırıqlar əsasında görülmüş mübarizə tədbirləri bir çox beynəlxalq təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də çox yüksək qiymətləndirilmişdir. Ölkə rəhbərinin vaxtında atdığı müdrik və uğurlu addımları sayəsində, bu gün ölkəmizdə koronavirus pandemiyasına qarşı qətiyyətlə mübarizə tədbirləri görülür və pandemiyanın yaratdığı indiki iqtisadi vəziyyətdə cənab Prezident ilk növbədə ölkə vətəndaşlarının sağlamlığını və dolanışığını düşünür. Bütün bunlar Azərbaycanın dövlət başçısının aliliyindən, sadəliyindən və ucalığından xəbər verir.

    Bundan əlavə, ölkə rəhbərinin “Biz birlikdə güclüyük!” çağırışı koronovirusa qarşı aparılan mübarizədə Azərbaycan xalqının məsuliyyətini daha da artırdı. Bəli, bu gün həmişə olduğundan daha çox həmrəyliyə, təhlükəli xəstəliklə mübarizədə dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ciddi ehtiyac duyulur. Yəni, bütün bunlar pandemiyaya qarşı aparılan mübarizə tədbirlərində uğur qazanmağımızın əsas səbəbi, başlıca şərtidir. Bugünkü ümumi vəziyyəti göstəricilərini nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, həyata keçirilən önləyici tədbirlər sayəsində xalqımız bu bəladan az itkilərlə xilas ola biləcək. Fakt budur ki, bu gün dövlətimiz atdığı addımları ilə koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə fəal rol oynayır və indiki ağır dövrdə vətəndaşlarımızın rifahı üçün görülən tədbirlər, bir daha ölkəmizin qüdrətli ölkə olduğunu sübut etmiş olur. Hətta, cənab Prezidentin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan Respublikası dünyanın inkişaf etmiş ölkələrindən bir qədər irəli gedərək, pandemiyaya qarşı ciddi mübarizə tədbirləri görməklə, bir növ dünya ölkələri sırasında önə çıxmış oldu. Digər bir faktı qeyd edək ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində, həm tibb müəssisələrinə, həm də tibbi avadanlıqlara artan tələbatın ödənilməsi və bu infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə, cənab Prezident aprel ayında “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. İmzalanmış Sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması nəzərdə tutuldu. Bütövlükdə bəşəriyyəti ağuşuna alan koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlərə, virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması məqsədilə lazımi məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, hər bir şəxsin sosial müdafiəsinin gücləndirilməsi və digər önləyici addımların atılması, məhz bu kimi məsələlərə ölkə rəhbərinin necə ciddi və həssas yanaşdığını ortaya qoymuş oldu.

    Fakt budur ki, bu gün də Azərbaycan dövləti hər bir vətəndaşının sosial-iqtisadi problemlərinin həlli yöndə lazımi dəstəyini göstərir və görülən bütün tədbirlər, ölkəmizdə xalq-iqtidar birliyini sübuta yetirir. Hər kəs atılan addımların, görülən bütün təhlükəsizlik tədbirlərinin insanların sağlamlığının qorunması məqsədi daşıdığını görür. Bir faktı yada salaq ki, Bakıda inşa edilən yeni tibb müəssisəsinin açılışı zamanı cənab Prezident dedi: “Hesab edirəm ki, biz birinci ölkələrdən idik ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü olaraq Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir”.

    Bəli, ölkəmizdə koronavirusa qarşı aparılan mübarizə tədbirlərinin əsasında xalqımızın milli və mənəvi dəyərlərindən irəli gələn addımlarını atması, cənab Prezidentin pandemiya əleyhinə müəyyənləşdirilən tədbirlərə həmrəylik nümayiş etdirməsi, Azərbaycan xalqının ölkə rəhbərinə sonsuz inamı dayanır. Ölkəmiz belə bir çətin sınaqla üz-üzə qaldığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başda olmaqla, hər kəs həmrəylik nümayiş etdirdi. Əhali arasında genişmiqyaslı maarifləndirmə işlərinin aparılması, ölkəmizdən kənarda olan vətəndaşlarımıza, soydaşlarımıza dövlət səviyyəsində göstərilən qayğı, verilən dəstək möhtərəm Prezidentin yüksək liderlik keyfiyyətini və təşkilatçılıq qabiliyyətini ortaya qoymuş oldu. Hal-hazırda dünyanın bir çox ölkələri ilə müqayisədə respublikamızda koronavirus pandemiyasına qarşı mübarizə dinamikasında müsbət nəticələr əldə olunmaqdadır.

    Bütün bunlar onu sübut edir ki, bu gün cənab Prezidentin birbaşa rəhbərliyi altında ölkəmizin bütün ərazilərində aidiyyatı qurumlar, koronovirus infeksiyasının yarada biləcəyi yoluxucu xəstəliklərin profilaktikası məqsədilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı kütləvi deratizasiya, dezinseksiya və dezinfeksiya işləri görürlər. Bu yöndə atılan addımların hər biri Səhiyyə Nazirliyinin dezinfeksiya tədbirləri barədə əmrinə əsasən, müvafiq kimyəvi preparatlarla həyata keçirilir və kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam şəkildə əməl olunur. Əslində belə bir addımların atılması, birbaşa cənab Prezidentin ölkə əhalisinin təhlükəsizliyinin təmin olunması yöndə verdiyi tapşırıqların nəticəsidir. O halın varlığını da qeyd edək ki, cənab Prezidentin çağırışı və birbaşa nəzarəti altında ölkəmizin bütün ərazisində koronavirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirləri, çox yaxın vaxtlarda xalqımızı belə bir bəladan az itki ilə xilas olmasına imkan yaradacaq. Tarix bir daha sübut edir ki, güclü və müdrik liderin varlığı hər bir xalq, hər bir dövlət üçün çox mühüm şərtdir. Biz bunu bu gün müstəqil Azərbaycan Respublikasının timsalında görürük. Xalqımızın ulu öndəri Heydər Əliyev 1993-cü ildə ölkəmizi, xalqımızı düşdüyü fəlakətdən necə xilas etdisə, inanırıq ki, möhtərəm Prezidentimiz də Azərbaycan dövlətini və xalqımızı böyük bəlalardan birdəfəlik xilas edəcək.

    Məşhur Məmmədov

    Milli Məclisin deputatı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR