TƏBİB: Ölkəyə yeni avadanlıqlar gətiriləcək
Bu gün aparılan testlər PSR testlərdir və kütləvi deyil.
AzadMedia.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Biz simptomu olan hər kəsi testdən keçiririk. Paralel olaraq ölkəmizə gətirilən vətəndaşların testləri aparılıb. Dünya ölkələrində profilaktik olaraq PSR testlərinin aparılması tövsiyə olunur. İmkansız vətəndaşların testi pulsuz şəkildə həyata keçiriləcək".
O əlavə edib ki, qarşıdakı günlərdə laboratoriya imkanlarının artırılması üçün ölkəmizə avadanlıqlar gətiriləcək.