Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - DAHA 7 NƏFƏR ÖLDÜ
Azərbaycanda 588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Marja-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 18112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6682, ötən müddət ərzində isə ümumilikdə 488852 test aparılıb.
Xatırladaq ki, 30 iyunda 556 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.